14 Temmuz 2015 Salı

Borçalının Soğanlıq kəndi

Ən qədim Borçalı kəndi




Fransız əsilli səyyah Jan Şardenin (1643 — 1713) Səfəvi dövlətinə səyahətindən bəhs edən kitabında, təxminən 1666-cı ilə aid qeydlərində Tiflis yaxınlarındakı Soğanlıq kəndinin adı qeyd olunur. Burada Soğanlıq kəndinin (Jan Şarden "Soğanlı" kimi yazır) Tiflisdən ~ 8.9 km güneydə kiçik bir dağı keçəndən sonra yerləşdiyi və böyük bir kənd (ya da qəsəbə) olduğu deyilir.

Soğanlıq kəndi hal-hazırda təxminən 6 min nəfərə yaxın əhalisi ilə Borçalının və eyni zamanda Gürcüstanın ən böyük kənd yaşayış məskənlərindən biridir. Təəssüf ki, Türk adlarını dəyişdirməklə tarixi gizlətmə yarışında Ermənilərdən geri qalmayan Gürcü qonşularımız kəndin adını 1973-cü ildə dəyişib Gürcücə "Poniçala" qoyublar, bir neçə il öncə də kəndi Tiflis şəhər idarəsinə qatıblar. Vikipediyadakı qeydlərə görə 2013-cü ildə kənddə Abxaziya və Osetiyadan köçkün düşmüş Gürcülər üçün 2,130 mənzil tikməyi planlaşdırılıb. Bu layihənin hal-hazırda nə dərəcədə reallaşdığını bilmirəm ancaq həyata keçiriləcəksə bununla da əvvəl adı Gürcüləşdirilən, sonra da Tiflisə birləşdirilən, ən azı 4 əsrlik tarixi olan bu qədim kənd yaxın tarixdə tamamilə Gürcüləşərək "silinib" gedəcək. Soğanlıq kəndi adı tarixi qaynaqlarda təsbit edilmiş Borçalının ən qədim kəndidir.




Kitab: Jean Chardin — Voyages de Monsieur le chevalier Chardin en Perse et autres lieux de l'Orient. Tome 1 (1711)

Hiç yorum yok:

Yorum Gönderme