2 Ekim 2015 Cuma

Sovet işğalının ilk ayları (1920)

Azərbaycanda Rus-Sovet işğalının ilk ayları bir Fransız qəzetinin verdiyi bilgilər işığında:





«Daily Telegraphın müxbiri Azərbaycan Tatarlarının* get-gedə Sovet Bakısına** daha çox nifrət bəslədiklərini yazır. Çox güman ümumi bir üsyan olacaqdır – bütün ölkə boyunca Ruslara olan nifrət bu dərəcədə güclüdür.

48 Britaniya zabiti və əsgəri, 8 mülki vətəndaşı və aralarında Fransa konsulu olmaqla 8 Fransız hələ də həbsdədirlər.

22 nazir, səlahiyyətli şəxs və digər görkəmli şəxslər məhkəməsiz edam ediliblər, daha 17 nəfər də ölüm cəzasına məhkum ediliblər.»


* Azərbaycan Tatarları deyilərkən Azərbaycan Türkləri nəzərdə tutulmuşdur. Çar Rusiyası dönəmində bütün Türklərə Tatar deyilirdi, bu deyim Avropalılara da keçmişdir.

** Sovet Bakısı deyilərkən Bakıdakı Sovet hakimiyyəti nəzərdə tutulmuşdur.



_________________________________________________________________________________
Journal des Débats Politiques et Littéraires [1920-07-14 (Numéro 193)]



Hiç yorum yok:

Yorum Gönder