Azərbaycanda Rus-Sovet işğalının ilk ayları bir Fransız qəzetinin verdiyi bilgilər işığında:
2 Ekim 2015 Cuma
4 Eylül 2015 Cuma
İranın Dini Tərkibi
İranın əhalisinin dini tərkibi ilə bağlı əski qaynaqlardan birində qarşıma çıxan rəqəmləri paylaşmaq istəyirəm. İranda heç zaman demokratik bir rejim olmadığına görə İranın nə etnik tərkibi, nə dini tərkibi doğru bilinmir. Dini tərkiblə bağlı rəsmi açıqlanan bilgilər olsa da bu rəqəmləri gerçəyi əks etdirmir, çünki İranda bilindiyi kimi inanc özgürlüyü yoxdur, insanlar üzərində basqı var. Bu nədənlərdən dolayı İranın etnik və dini tərkibi ilə bağlı ancaq ehtimallardan danışa bilərik. Burada İran əhalisinin dini tərkibi ilə bağlı təqdim edəcəyim rəqəmlər də bu ehtimallardan biridir. Aşağıdakı bilgilər Fransız "Revue du Monde Musulman" dərgisinin 53-cü cildindən (1922-1923-cü il buraxılışı) alınmışdır. Ancaq statistik rəqəmləri başqa bir qaynaqdan — İtaliyalı iqtisadçı E. Lorininin "La Persia economica contemporanea e la sua questione monetaria" (1900-cü il) adlı kitabından almışlar. Aradan keçən 20 ildən çox sürədə əlbəttə müəyyən demoqrafik dəyişikliklər baş verdiyindən gərəkli qeydləri müəlliflər vurğulamışlar.
22 Ağustos 2015 Cumartesi
Avşar yurdu Əsədabad
Əsədabad Mahalı
Əsədabad deyilən yer Həmədan vilayətinin batısında, Kürdlərin məskun olduğu Kürdüstan vilayəti ilə Kirmanşah vilayətinin arasında sıxışmış və Kürdləşdirilməyə çalışılan bir Türk mahalının adıdır. Vikipediyada hamedanpolitic adlı bir İran saytına istinad edilərək bölgənin etnik tərkibi 1997-ci il üçün belə verilir: Farslar − 63 %, Kürdlər − 19 %, Türklər − 14 %, Lur və Ləklər − 4 %. Bu İranlıların müasir dövr üçün verdikləri rəqəmlərdir, ancaq bu rəqəmlər təxminən 165 il öncəyə aid əcnəbi müəllifin bölgəyə səfər edərək verdiyi bilgilərlə uyğun gəlmir. İlk öncə məlumatımızın qaynağı haqqında qeyd etməliyəm. 1848-ci ildə Osmanlı ilə Qacarlar arasında sərhədlərin təyin edilməsi üçün beynəlxalq komissiya təşkil olunur. Komissiyaya Osmanlı və Qacar dövlətlərindən başqa Rusiya və Britaniya da daxil idi. Rusiya heyətini təmsil edən komissar Rus zabiti Yeqor Çirikov olmuşdur. Buradakı bilgilər də Yeqor Çirikovun 1849-1852-ci illəri əhatə edən bölgəyə səfərinə dair şəxsi səyahət jurnalından götürülmüşdür. Çirikov Əsədabad haqqında bunları yazır:
16 Ağustos 2015 Pazar
14 Temmuz 2015 Salı
Borçalının Soğanlıq kəndi
Ən qədim Borçalı kəndi
Fransız əsilli səyyah Jan Şardenin (1643
— 1713) Səfəvi dövlətinə səyahətindən bəhs edən kitabında, təxminən 1666-cı ilə
aid qeydlərində Tiflis yaxınlarındakı Soğanlıq kəndinin adı qeyd olunur. Burada
Soğanlıq kəndinin (Jan Şarden "Soğanlı" kimi yazır) Tiflisdən ~ 8.9
km güneydə kiçik bir dağı keçəndən sonra yerləşdiyi və böyük bir kənd (ya da qəsəbə)
olduğu deyilir.
Kaydol:
Kayıtlar (Atom)