7 Eylül 2014 Pazar

Yağısıyan

Yağısıyan

(ö. 491/1098)

Böyük Səlcuqlu Sultanı Məlikşahın öndə gələn sərkərdələrindən




İslam qaynaqlarında Yâğısiyân, Yağısiyân, Batı qaynaqlarında Ağsiyan, Ağusian, Ansian şəklində keçir. Yağısıyan b. Məhəmməd b. Alp ilk dəfə Sultan Məlikşah çağında fərqlənmişdir. Anadolu fatehi I Süleyman Şahın Antakyanı fəthindən (477/1084) sonra Hələb hakimiyyəti üçün Suriya Səlcuqlu Məliki Tutuş ilə etdiyi savaşda həyatını itirməsi üzərinə Məlikşah, bölgəni birbaşa özünə bağlamaq üçün İsfahandan şəxsən Quzey Suriyaya səfərə çıxdığı vaxt Yağısıyan da yanında idi. Hicri Ramazan 479-cu ildə (Dekabr 1086) öncə Hələbi, ardınca Antakyanı təslim alan Məlikşah, Yağısıyanı buraya vali təyin etdi. Yağısıyan daha sonra Fatimilərə qarşı düzənlənən hərəkata qatıldı. Hicri 482-də (1089) Fələstin və Suriyanı geri almaq üçün hərəkətə keçən Fatimilər Sur, Sayda, Beyrut, Əkka kimi sahil şəhərlərini zəbt edərək Dəməşqə uğursuz bir mühasirə girişimində bulundular. Sultan Məlikşahın əmri ilə Hələb Valisi Ağsunqur və Urfa Valisi Bozanla yanaşı Yağısıyan da qüvvələri ilə Tutuşun əmrinə keçdi və onunla bərabər Suriya hərəkatına qatıldı. Ancaq Humus və Ərka Qalasının fəthinin ardınca Trablusşam mühasirəsi əsnasında Tutuş ilə Səlcuqlu sərkərdələri arasında anlaşmazlıq çıxdıqda Fatimilərə qarşı bu mücadilə sürdürülə bilmədi (484/1091).

Sultan Məlikşahın ölümündən sonra qardaşı Tutuş sultanlığını elan etdikdə Hələb Valisi Ağsunqur və Urfa Valisi Bozanla birlikdə Antakya Valisi Yağısıyan da ona itaət edib adına xütbə oxutdu və səltənət mübarizəsində onun yanında yer aldı. Fəqət Ağsunqur və Bozan, Tutuşdan ayrılaraq digər taxt iddiaçısı, Məlikşahın oğlu Bərkyaruqun xidmətinə keçdiklərindən Bərkyaruqa qarşı səltənət mübarizəsində gücü azalan Tutuş əsgər toplamaq məqsədilə Diyarbəkir bölgəsinə, ardınca Yağısıyanla birlikdə Antakyaya getdi; şəhərdə bir sürə qaldıqdan sonra Dəməşqə qayıtdı (486/1093). Tutuş, Hələb və Urfada Bərkyaruq adına xütbə oxudan Ağsunqur ilə Bozanı cəzalandırmaq üçün Dəməşqdən hərəkət edib Hama yaxınlarına gəldiyi vaxt Yağısıyan da əsgərləri ilə ona qatıldı. Tutuş burada bir sürə qalaraq oğlu Rizvanı Yağısıyanın qızı Çiçək Xatun ilə evləndirdi. Ağsunqur ilə Bozanın aradan qaldırılmasının ardınca Hələb, Urfa və əl-Cəzirədə hakimiyyət quran Tutuş, Quzey Suriyadakı qala və şəhərləri əmirlərinə iqta edərkən Məarrat ən-Numan və Lazkiyəni Yağısıyana verdi (487/1094). Tutuş daha sonra Həmədanı hakimiyyətinə aldığı ərəfədə Vəzir Nizamülmülkün oğlu Fəxrülmülk ilə qarşılaşdı. Onu Bərkyaruq tərəfdarı olduğu üçün öldürmək istədi isə də Yağısıyanın xahişi üzərinə bundan vaz keçdi. Ayrıca Yağısıyan xalqın Nizamülmülk ailəsinə duyduğu sevgini xatırladaraq səltənət mübarizəsində faydalı ola biləcəyi düşüncəsi ilə onun vəzirliyə gətirilməsini tövsiyyə etdi, Tutuş da Fəxrülmülkü vəzir etdi.

Tutuş ilə Bərkyaruq arasında hicri 18 Səfər 488-ci (27 Fevral 1095) il tarixində Rey civarında edilən savaşda Yağısıyan başlanğıcda yenə Tutuşun yanında yer aldı. Fəqət bu sırada Bərkyaruqun ordusunda Sultan Məlikşahın özəl sancağı çəkildikdə Tutuşun səflərində bulunan bir çox əmir Bərkyaruqun tərəfinə keçdi. Bunun üzərinə Yağısıyan savaşa girməkdən vaz keçdi. Tutuş mücadiləyə davam etdi isə də sonucda Bərkyaruqa yenilərək həyatını itirdi. Bunu təqibən Suriya Səlcuqlu Dövləti ikiyə ayrıldı. Tutuşun bir oğlu Rizvan Hələbdə, digər oğlu Duqaq Dəməşqdə hökm sürməyə başladı. Yağısıyan və Abakoğlu Yusif, əsgərləri ilə birlikdə Antakyadan Hələbə gələrək Rizvanın xidmətinə keçdilər. Antakya, Hələb Məliki Rizvana bağlanarkən Yağısıyan, Xaçlıların gəlişinədək vali olaraq onun adına şəhəri idarə etməyə davam etdi.

Məlik Rizvan, Hələb Səlcuqlu Məlikliyini qurduqda atabəyi və atalığı Cənahüddövlə Hüseyini vəzirliyə gətirdi. Yağısıyan da qısa bir sürə ona müxalifət etdikdən sonra onunla anlaşdı. Ardınca Məlik Rizvan, Yağısıyan və digər əmirlərin tövsiyyəsi ilə hakimiyyət sahəsini genişlətməyə çalışdı. Yanında vəziri Cənahüddövlə, Yağısıyan və Abakoğlu Yusif olduğu halda öncə Suruça yönəldi; daha sonra buradan ayrılıb Urfa önlərinə getdi. Erməni Torosun idarəsindəki Urfanı işğal edərək şəhərin iç qalasını istəyi üzərinə Yağısıyana verdi. Yağısıyan qalanı möhkəmləndirərək buraya bir miqdar qüvvə yerləşdirdi (486/1096). Urfanın alınmasından sonra Yağısıyan ilə Vəzir Cənahüddövlə Hüseyin arasında nifaq baş qaldırdı. Yağısıyan və Abakoğlu Yusif, Cənahüddövlə Hüseyini aradan götürüb Hələbdə idarəni ələ keçirməyi planlaşdırırdılar. Bunu xəbər alan vəzir qaçaraq Hələbə qayıtdı. Ardınca Rizvan və Yağısıyan da qüvvələri ilə Urfadan Hələbə hərəkət etdilər. Fəqət yolda vəzirin Hələbdə olduğunu öyrənən Yağısıyan şəhərə girmək istəmədi və əski vəzir Əbü’l-Qasım əl-Xarəzmi ilə Rizvandan ayrılıb Antakyaya getdi. Yağısıyan və Abakoğlu Yusifin özünə qarşı bir hərəkətindən şübhələnən Rizvan isə Hələbə doğru yoluna davam etdi. Qısa bir sürə sonra Cənahüddövlə Hüseyin şübhəli davranışları üzündən Yağısıyanın nüfuz sahəsini daraltmaq üçün hərəkətə keçdi; Rizvanın da razılığı ilə onun iqtası olan Məarrat ən-Numan mühasirəyə alındı; Yağısıyanın oğlu da şəhəri müdafiə edə bilmədiyindən təslim etmək məcburiyyətində qaldı (1096).

Bir sürə öncə Rizvanın Cənahüddövlə Hüseyinin başçılığındakı əsgərlərinə yenilib Antakyada Yağısıyana sığınan Abakoğlu Yusif, Rizvan tərəfindən qəbul edildikdə Hələbə gələrək onun xidmətinə girmiş, Bizaa və Mənbic ona iqta edilmişdi. Fəqət daha sonra onun Rizvan əleyhinə Yağısıyan ilə iş birliyi etdiyi və gizlicə məktublaşdığı ortaya çıxdı. Bunun üzərinə Yusif yaxalanıb öldürüldü. Məlik Rizvan, Yağısıyanın iqtaları olan Tel Başir və Şeyxüddeyrə (Şadır) yürüyərək buraları onun naiblərindən təslim aldı və Antakya yörələrinədək uzanan yağma axınlarında bulundu (Hicri Ramazan 489/Sentyabr 1096). Ardınca Yağısıyan, Məlik Rizvanın, qardaşı Duqaq üzərinə Dəməşqə bir səfərə hazırlandığını xəbər aldıqda dərhal gedib durumu Məlik Duqaq ilə atabəyi Tuğteginə xəbər verdi və Rizvana qarşı onları dəstəklədi. Qüvvələri ilə Dəməşqə yönələn Rizvan, Yağısıyanın Duqaqa yardıma getdiyini eşitdikdə şəhəri mühasirəyə almaqdan vaz keçdi və Dəməşq Məlikliyinə aid bölgələrdə yağma axınlarına girişdi. Duqaq, Tuğtegin və Yağısıyan buna əngəl olmaq üçün Hələb ordusunu yaxından izlədilər. Sonucda hər iki tərəf də bir savaşı gözə ala bilmədikdə Yağısıyan Antakyaya qayıtdı (Hicri Məhərrəm 490/Dekabr 1096 – Yanvar 1097).

Daha sonra Məlik Duqaq qarşı hücuma keçdi; Hələb Səlcuqlu Məlikliyini hədəf alan səfərinə Yağısıyan da qatıldı. Yağısıyan, bu hərəkat sırasında əski iqtası olan Məarrat ən-Numanı Artuqoğlu Sökmənin naiblərindən təslim alaraq əhalini vergiyə bağladı. Rizvan və Duqaqın qüvvələri Qinnəsrində qarşı-qarşıya gəldikdə iki tərəf arasında edilən görüşmələrin birində Yağısıyan, Rizvanın səflərindəki Sökmənə istehza etmişdi. Sonucda edilən şiddətli savaşda özəlliklə Sökmənin qəhrəmanlığı sayəsində Duqaq ağır bir yenilgiyə uğradı, Yağısıyan da pərişan halda Antakyaya qayıtdı (Hicri 5 Rəbiülaxır 490/22 Mart 1097). Duqaq, Rizvanın üstünlüyünü qəbul etdi; Dəməşq və Antakyada xütbələrdə öncə Rizvanın adının zikr edilməsi barəsində anlaşmaya varıldı. Savaşın ardınca güman ki, Yağısıyanın da təsiri ilə Məlik Rizvanın, vəziri Cənahüddövlə Hüseyin ilə arası dəydi. Cənahüddövlənin Hələbdən ayrılıb öz iqtası olan Humusa getməsi üzərinə Yağısıyan, Hələbə gələrək yenidən Rizvanın xidmətinə keçdi və məlikliyin idarəsini üzərinə aldı. Bu arada Hələbdə hakimiyyətini davam etdirə bilmək üçün Fatimilərlə iş birliyi edən Rizvan, Misir Fatimi Xəlifəsi Müstə’li-Billah adına xütbə oxutduqda Sökmən kimi Yağısıyan da buna şiddətlə reaksiya göstərdi və sonunda xütbə yenidən Abbasi xəlifəsi adına oxundu (1097). Bunu təqibən Rizvan, yanında Yağısıyan və Sökmən bulunduğu halda keçmiş vəziri Cənahüddövlə Hüseyin üzərinə Humusa yürümək üçün Hələbdən ayrılaraq Şəyzərə gəldi. İslam dünyasının taxt qovğaları ilə çalxalandığı bu dönəmdə Anadolunu qət edən I Səlib Səfəri ordularının Yağısıyanın idarəsindəki Antakyaya yaxınlaşmaqda olduğu xəbər alındı. Yağısıyan dərhal Antakyaya qayıdıb Xaçlılara qarşı savaşmağı təklif etdi; fəqət öncə Diyarbəkir bölgəsini hakimiyyət altına almaq istəyən Sökmən ilə arasında anlaşmazlıq çıxdı. Rizvan isə Hələbə geri qayıtmağa qərar verdi.

Yağısıyan, Şəyzərdən ayrılıb Antakyaya keçdi və Xaçlılara qarşı müdafiə hazırlıqlarına başladı. Bir yandan qala divarlarını gücləndirərkən, bir yandan da xristian əhalini, xəyanətlərindən çəkinərək şəhər dışına çıxardı. Hələb Məliki Rizvandan, Dəməşq Məliki Duqaq və Humus Əmiri Cənahüddövlədən, Suruç Əmiri Artuqoğlu Sökmən ilə Mosul Valisi Kürboğadan və civardakı digər əmir və bəylərdən yardım istədi. Məlik Rizvan bir miqdar qüvvə göndərdi isə də özü gəlmədi. Antakya önlərinə gələn Xaçlılar şəhəri mühasirə etdi (490/1097). Yağısıyan, Hələb və Dəməşqdən gələcək qüvvələri gözləyərkən kiçik birliklərlə davamlı olaraq Xaçlıların üzərinə hücumlar düzənləyib onları dağıtmağa çalışdı və böyük qəhrəmanlıqlar göstərdi. Mühasirə uzandıqca Səlib ordusu pis vəziyyətə düşdü, bir çox insan aclıqdan öldü. Bu arada Bərkyaruqun Mosul Əmiri Kürboğa idarəsində yardıma göndərdiyi birləşmiş Türk ordusu zamanında şəhərə yetişə bilmədi. Kürboğa öncə ilk Xaçlı Qraflığının qurulduğu Urfanı mühasirə edib almağa cəhd etdikdə üç həftə sürən uğursuz Urfa mühasirəsi Xaçlılara zaman qazandırdı. Bu arada Norman başçısı Bohemund, Yağısıyanın sərkərdələrindən Erməni əsilli Firuzun xəyanəti sonucunda şəhərə girməyi bacardı. Xaçlılar şəhərdə böyük bir qətliama girişərkən Yağısıyan qurtuluş ümidi qalmadığını görərək pərişan vəziyyətdə şəhərdən qaçdı. Fəqət ertəsi sabah, topladığı qüvvələrlə iç qalaya qapanan oğlu Şəmsüddövlənin dirəndiyini eşitdikdə çox peşman oldu. Dərin bir üzüntü içində bir dağ cığırında yol alarkən bayılaraq atından düşdü və ağır biçimdə yaralandı. Adamları onu təkrar atına mindirmək istədilərsə də ölmək üzərə olduğunu gördükdə buraxıb oradan uzaqlaşdılar. Bu əsnada civarda odun kəsməkdə olan bir Erməni Yağısıyanı gördü və öldürüb kəsik başını Bohemunda apardı; qarşılığında da böyük mükafat aldı. Hicri Rəcəb 491-də (İyun 1098) Antakyaya yetişib şəhəri mühasirə edən Kürboğanın ordusu qala divarları önündə edilən savaşı ordudakı əmirlər arasında çıxan anlaşmazlıq üzündən uduzduqda iç qaladakılar da təslim olmaq məcburiyyətində qaldı.


__________________________________________
Ebru Altan

Hiç yorum yok:

Yorum Gönder