19 Ağustos 2014 Salı

Çepnilər

Çepnilər





I Şah İsmayıl dövrü (1501 – 1524)
Çepnilərin 24 Oğuz boyundan biri olduğu bəllidir. Çepnilər Anadolunun fəthi və məskunlaşmasında çox önəmli rollar oynamış boylardan biridir. Çepnilərdən çoxsaylı bir topluluğun əskidən bəri Şiə və ya Şiəliyə meylli olduğu görünür. XVI yüzildə onlardan bir bölüyü Hələb Türkmənləri, önəmli bir dəstə də Sivas, Toqat və Amasya bölgəsindəki Ulu Yörük arasında yaşadığı kimi, yenə bu boya mənsub çoxsaylı bir topluluq da Trabzon, Bayburt, Gümüşxana, Girəsun və Canik (Ordu və Samsun) bölgəsində otururdu. Səfəvilər xidmətindəki Çepnilər də bu sayılan topluluq və bölgələrdən idilər.

18 Ağustos 2014 Pazartesi

Müzəffərəddin Sunqur

Sunqur
Müzəffərəddin Sunqur b. Mövdud (ö. 1161)
Salğurluların qurucusu və ilk hökmdarı (1148 – 1161)





Orta Asiyadan 1145-ci illərdə vaqe olan köçlər sırasında Əmir Mövdud idarəsində Fars bölgəsinə gələn Salğurlular, bu dönəmdə İraq Səlcuqlularının Fars məliki olan Məlikşah b. Mahmud ilə əmirlər arasında cərəyan edən olaylarda yer aldılar. Ailənin başçısı Sunqur bu sırada Məlikşah b. Mahmuda atabəy təyin edildi. Məlikşah b. Mahmud Atabəy Sunqurun qardaşını suçsuz yerə öldürdükdə, Sunqur üsyan edərək Şirazda Salğurlu xanədanının (Fars Atabəyləri) təməllərini atdı (543/1148). Sunqur, İraq Səlcuqluları arasındakı taxt qovğalarının sürdüyü dönəmdə Məlikşahın Farsdan qaçarkən yanında apara bilmədiyi oğlu Məlik Mahmudu Nevbencanda həbs etdi (Səfər 544/İyun 1149). Onun bu olaydan sonra taxta daha yaxın gördüyü Şahzadə Məhəmməd b. Toğrulu dəstəklədiyi və onu məlik elan etdiyi anlaşılmaqdadır.

17 Ağustos 2014 Pazar

Şəmsəddin-i İtâqi

Şəmsəddin-i İtâqi

(شمس الدين عتاقى)
(ö. 17-ci yüzilin ilk yarısı)
Batı dünyasından təsirlənən ilk Osmanlı həkimlərindən biri





 Əslən Şirvanlıdır. Təşrihü’l-əbdan və Tərcüman-i Qibalə-i Fəyləsufan adlı əsərinin müqəddiməsindən anlaşıldığına görə Quranı əzbərlədikdən sonra iyirmi ildən çox bir müddət nəqli və əqli elmlər üzərində təhsil almış, tibb və əczaçılığa dair təməl əsərləri oxumuşdur. 16-cı yüzilin sonlarında bölgədə meydana gələn savaşlar və iç qarışıqlıqlar əsnasında malları yağmalanmış, ailə fərdlərindən bir çoxunu itirmişdir. 1604-də Şirvan bölgəsi İrana tərk edildikdə otuz yaşlarında ikən məmləkətindən ayrılmaq məcburiyyətində qalmış, IV Murad dönəmində (1623 – 1640) İstanbula getmişdir. Tibb və təbiət elmləri oxuduğu halda kimsənin ona dəyər vermədiyindən, bu nədənlə ömrünün boşa keçdiyindən şikayətlənən Şəmsəddin-i İtaqi nəhayət dövrün öndə gələn şəxsiyyətlərindən İbrahim və Əli əfəndilər tərəfindən Türkcə bir anatomiya (təşrih-i əbdan) kitabı yazması üçün təşviq edilmiş və sədrəzəm Topal Rəcəb Paşanın hüzuruna çıxarılmış, Rəcəb Paşanın tövsiyyəsi ilə ona Hərameyn rütbəsi verilmişdir. IV Murada ithaf etdiyi əsərində Rəcəb Paşadan təriflə bəhs etdiyinə görə bu çalışmasını onun qısa sədrəzəmliyi zamanında (Rəcəb-Şəvval 1041/Fevral-May 1632) tamamlamış olmalıdır.

Abbas Mirzə Qovanlı-Qacar (1789-1833)

Abbas Mirzə Qovanlı-Qacar (1789-1833)






«...Fətəli şah Qacar taxt-taca varis kimi iki böyük oğlundan savayı, öz sevimlisi Abbas Mirzəni də seçmişdi. Cah-cəlal içində tərbiyə almış bu şahzadə buna rəğmən hər cürə təmtarağa düşmən idi və özünü daha sadə aparardı. Onun münasibəti sadəliyi və lütfkarlığı ilə seçilərdi. Başlıca əskik yönü həddən ziyadə hökmranlıqsevərliyi idi. Rusiyaya və Ruslara Abbas Mirzə barışmaz nifrət bəsləyirdi.
Abbas Mirzənin iqamətgahı ona həvalə edilmiş Azərbaycan vilayətinin baş şəhəri Təbriz idi. O, Fətəli şah Qacardan bir il öncə, daha dəqiqi 10 oktyabr 1833-cü ildə, Məşhəddə, Xorasan yürüşü zamanı vəfat etmişdi»



______________________________________________________
Adolf Berje, A.P. Yermolovun İrana səfirliyi//Ruskaya starina, № 6. 1877

Quzey Azərbaycan Ayrımları

Ayrumlar





Səlcuqlar bir sıra tayfalara bölünmüşlər və bunlardan bir çoxları Monqol hücumu dövründə onlara boyun əymək istəməyib, Kiçik Asiyaya çıxıb getmiş və oradan sonralar müxtəlif çağlarda Azərbaycana gəlmişdilər, bir bölümü isə Monqollar çağında da Azərbaycanda qalmışdı. Səlcuq tayfaları indi də Ayrum, Şamlı, Bəydilli, İnallı, Təklə, Qaramanlı, Əhmədli, Aydınlı, İmirli, Düxər və b. adlarla ünlüdür.

16 Ağustos 2014 Cumartesi

Kartli Krallığının pərdəarxası sahibi Borçalı İsa Xan

Kartli Krallığının pərdəarxası sahibi Borçalı İsa Xan





«Kral öncədən kiminsə Datunanın ölümü barədə danışmasını yasaqladı. O, kraliça xanımı öz çadırına gətirdi, ancaq o gün ağlaşmadan başqa bir şey söylənmədi. Kraliça xanım öz çadırına getdi, kral isə, Loru-Pəmbək və Ağcaqalanın sahibi Borçalı İsa Xanı dəvət edib onun məsləhətini soruşdu: “Kraliça xanım bizə vəsatətlə təşrif buyurmuşdur və bizim borcumuz onu qəbul etməkdir. Əvvəla o, bizə qohumdur, bir də ki, gürcü kralları ya da hakimləri çətinliyə düşəndə, vasitəçi kimi həmişə ya öz analarını ya da xanımlarını göndərərdilər. Teymuraz Gürcüstanın bu adətini yerinə yetirib. İndi biz nə etməliyik və siz mənə nə məsləhət görərdiniz?”.

12 Ağustos 2014 Salı

Oğuz axınları ərəfəsində Azərbaycanın sərhədləri

Oğuz axınları ərəfəsində Azərbaycanın sərhədləri






«Arranın sərhədləri Bab-ül-Əbvabdan (1) Tiflisədək (2) və [oradan] Araz çayı yaxınlığındakı “Naxçıvan” (3) adı ilə tanınan yerədəkdir.