17 Ağustos 2014 Pazar

Şəmsəddin-i İtâqi

Şəmsəddin-i İtâqi

(شمس الدين عتاقى)
(ö. 17-ci yüzilin ilk yarısı)
Batı dünyasından təsirlənən ilk Osmanlı həkimlərindən biri





 Əslən Şirvanlıdır. Təşrihü’l-əbdan və Tərcüman-i Qibalə-i Fəyləsufan adlı əsərinin müqəddiməsindən anlaşıldığına görə Quranı əzbərlədikdən sonra iyirmi ildən çox bir müddət nəqli və əqli elmlər üzərində təhsil almış, tibb və əczaçılığa dair təməl əsərləri oxumuşdur. 16-cı yüzilin sonlarında bölgədə meydana gələn savaşlar və iç qarışıqlıqlar əsnasında malları yağmalanmış, ailə fərdlərindən bir çoxunu itirmişdir. 1604-də Şirvan bölgəsi İrana tərk edildikdə otuz yaşlarında ikən məmləkətindən ayrılmaq məcburiyyətində qalmış, IV Murad dönəmində (1623 – 1640) İstanbula getmişdir. Tibb və təbiət elmləri oxuduğu halda kimsənin ona dəyər vermədiyindən, bu nədənlə ömrünün boşa keçdiyindən şikayətlənən Şəmsəddin-i İtaqi nəhayət dövrün öndə gələn şəxsiyyətlərindən İbrahim və Əli əfəndilər tərəfindən Türkcə bir anatomiya (təşrih-i əbdan) kitabı yazması üçün təşviq edilmiş və sədrəzəm Topal Rəcəb Paşanın hüzuruna çıxarılmış, Rəcəb Paşanın tövsiyyəsi ilə ona Hərameyn rütbəsi verilmişdir. IV Murada ithaf etdiyi əsərində Rəcəb Paşadan təriflə bəhs etdiyinə görə bu çalışmasını onun qısa sədrəzəmliyi zamanında (Rəcəb-Şəvval 1041/Fevral-May 1632) tamamlamış olmalıdır.



Şəmsəddin-i İtaqinin Təşrihü’l-əbdandan başqa bir əsər yazıb yazmadığı bilinməməkdədir. Digər yandan bəzi tibb tarixçiləri, bu kitabın müəllif əsəri deyil, Mənsur b. Məhəmməd b. Əhməd-i Şirazinin (14-cü yüzil) Farsca Kitab-i Təşrihü’l-əbdanının tərcüməsi olduğunu irəli sürmüşdür. Ancaq Şəmsəddin-i İtaqinin çalışması bu əsərlə qarşılaşdırıldıqda istər iç quruluşu, istərsə də məzmun baxımından aralarında önəmli fərqliliklərin olduğu görünməkdədir; həcm etibarilə də İtaqinin əsəri daha geniş və anatomiya rəsmləri baxımından daha zəngindir. Bununla birlikdə kitabın ən önəmli qaynağının Mənsuri-i Şirazinin əsəri olduğu anlaşılmaqdadır. İtaqinin qaynaqları arasında Əbu Bəkir ər-Razi, İbn Sina və İbnü’n-Nəfis də bulunmaqdadır (əsərin İslam və Batı tibbindəki fikirlərlə qarşılaşdırmalı olaraq hazırlanan bir dəyərləndirməsi üçün bax: Kâhya, Şemseddîn-i İtâkî’nin Resimli Anatomi Kitabı, Latince metin, s. 11-109).



Təşrihü’l əbdan Osmanlı Dövlətində Batı təsiri ilə yazılan ilk elmi əsərlərdən biridir. İçindəki anatomiya rəsmlərindən bir qismi, 16-cı yüzildə müasir anatomiyanın banisi olaraq qəbul edilən Andreas Vesaliusun Fabrica adlı əsərindəkilərlə böyük bənzərlik göstərməkdə və bu durum, bəhs edilən rəsmlərin çox güman bu əsərdən yararlanaraq çəkildiyini ağla gətirməkdədir. Özəlliklə beyin kəsiklərində və bəzi skelet sxemlərində bunu görmək mümkündür. Bənzər rəsmlər Doğu təsiri ilə çəkilmiş olanlardan çox fərqlidir və bunlarda İntibah dönəmi Batı rəsmində görünən üç perspektiv anlayışı hakimdir. Ayrıca əsər, boyun fəqərələrinin funksiyaları ilə bağlı açıqlamalarda olduğu kimi Fabricadan təsirləndiyini göstərən çeşidli bilgilər ehtiva etməkdədir. Kitabı dəyərli qılan önəmli bir məqam da müəllifin özünə aid anatomiya sxemləri və bunlarla bağlı etdiyi açıqlamalardır. Örnək olaraq beyindən çıxan sinirlər və özəlliklə dördüncü və beşinci kəllə sinirlərinin paylanmasını göstərən sxemlərlə onlara aid izahlar qeyd edilə bilər. Bir qismi rəsmli olmaq üzərə  (Süleymaniye Ktp., Hüsrev Paşa, nr. 464, Bağdatlı Vehbi Efendi, nr. 1476; İÜ Ktp., TY, nr. 2662) çeşidli nüsxələri günümüzədək gəlib çatan Təşrihü’l-əbdan üzərində Esin Kahya doktorluq dissertasiyası hazırlamış (AÜ DTCF, 1971), əsər daha sonra çap edilmişdir. Esin Kahya bu kitabı ayrıca İngiliscəyə tərcümə etmişdir (The Treatise on Anatomy of Human Body and Interpretation of Philosophers, İslamabad 1990).























Esin Kâhya

Hiç yorum yok:

Yorum Gönder