21 Ağustos 2014 Perşembe

Ayrımlı Mahalı

Ayrımlı Mahalı





«Ayrımlı Mahalı Somxeti ilə güneybatıdan qonşudur və o, Türklər
[Osmanlılar ― ATB] tərəfindən qoparılıb və özlərində saxlanılıb, İrəvan İranlılar [Qızılbaşlar ― ATB] tərəfindən qoparıldığı kimi. Ararat ətəklərində yerləşməsinə, əhalisinə görə o, Tərəkəmə Tatarları ilə bənzərdir, dolayısı ilə, dininə, dilinə və dövlət quruluşuna görə də həmin Somxeti bölgəsi ilə oxşardır, yalnızca, bu yerlərdə əhəmiyyətli şəhərlərdən biri olan Qars şəhəri ilə fərqlənir.»


J. A. Güldenstädt'sœ Beschreibung der Kaukasischen Länder,1770−1773 (1834). Səhifə 50.




Alman əsilli alim və səyyah Güldenstädtin Somxeti deyə bəhs etdiyi bölgə, quzeydən Tiflis altı Kür Çayı ilə güneydən İrəvan, gündoğudan Gəncə ilə günbatıdan Qars arasında qalan yerlərə Gürcülərin verdikləri ümumiləşdirilmiş addır. Həmin bu ərazi daxilində Borçalı, Qazax, Loru-Pəmbək kimi mahallar olmuş və onlardan biri də Ayrımlı Mahalı idi. Güldenstädtin təsvirindən anlaya bildiyim qədəri ilə, Ayrımlı Mahalı tarixi Talin, Seyidli-Axsaqlı, Sərdarabad, Saatlı kimi mahallara, yaxud müasir Ermənistanın Sərdarabad, Armavir, Şirak vilayətlərinə uyğun gəlir, yəni bu ərazilər çərçivəsində olmuşdur. Türkmənçay Anlaşmasından sonra Abbas Mirzəyə qoşulub Daş Makının Avacıq Mahalına köçüb gedənlər də məhz bu Ayrım Mahalından olublar.

Hiç yorum yok:

Yorum Gönder