21 Ağustos 2014 Perşembe

Hüləgü Xanın o ünlü məktubu !

Hüləgü Xanın 1258-ci ildə Bağdadı aldıqdan sonra Hələb Əmiri Əyyubi əl-Məlikü’n-Nasirə yazdığı o ünlü məktubu







«Məlik-ün Nasir bilsin ki, Bağdad üzərinə yürüyüb Tanrının qılıncı ilə buranı aldıq və oranın sahibini (yəni Xəlifəni) yanımıza çağıraraq ona iki sual verdik, sorğularımıza qarşılıq verə bilmədi, bundan dolayı Quranınızda “Tanrı heç bir qövmün əlindəki neməti, bu qövmün özü özünü pozmadıqca, almaz” deyildiyi kimi, özünün etmiş olduğu işlər üzündən bizim qəzəbimizə tuş gəlmiş oldu.
Bundan sonra, Tanrının buyurduğu kimi, hər nə etdilərsə cəzasını tapdılar. Çünki biz, Tanrının gücü ilə aldıq və onun gücü ilə müvəffəq olduq və olmaqdayıq. Heç şübhə yoxdur ki, Biz Tanrının yer üzündəki əsgəriyik; o özü, qəzəbinə uğratmaq istədiyi kimsələrin üzərinə bizi göndərir. Hadisələr sizə ibrət və sözümüz sizə öyüd olsun. Neçə kimsələri yox etdik, neçə uşaqları atasız qoyduq, yer üzünün üstünü dəyişdirdik və alt-üst etdik; sizə qaçmaq var, bizdə isə qaçanları yaxalamaq var, sizin üçün bizim qılıncımızdan qurtulmaq yoxdur; siz harada bulunursunuz bulunun, oxlarımız sizə yetişər, atlarımız hər atdan artıq qaçar və oxlarımız bütün sipərləri dələr, qılıncımız endiyi yerə ildırım kimi enər, ağlımız dağlar kimi sağlamdır, sayımız isə qumlaq təkin çoxdur; bizdən aman diləyən qurtuluş tapar, bizimlə savaşa girişənlər sonda peşman olarlar. Siz bizə “kafir” deyirsiniz, biz də sizə “fasiq” deyirik. Biz, bütün işləri tədvin və təqdir edən Tanrı tərəfindən, sizə müsəllət edildik. Yer üzünün günbatı və gündoğusu bizim əlimizdədir, heç bir yerə qaçıb qurtula bilməzsiniz.»



_________________________________________________________________________________
A. Zeki Velidi Togan — Umumi Türk Tarihine Giriş, 1946 (1981)
[Orijinal qaynaq: Kəriməddin Ağsarayi —  Müsâmərətü'l-Əxbâr (1323)]


Hiç yorum yok:

Yorum Gönder