Sisianovu qorxudan İrəvanlılar
«1799-cu ilin oktyabrında İrəvan xanı, əsasən Tatarların [Azərbaycan Türkləri nəzərdə tutulur] 1 min həyət sayında məskun olduğu, əskidən bəri Gürcüstana aid olmuş [əslində Nadir Şah Avşarın hədiyyə etdiyi] Şörəyel mahalını Gürcüstandan aldı. Kral Georgi qayınatası sərdar knyaz Sisianovu 400 nəfər muzdlu Ləzgi ilə birlikdə Şörəyellilərdən maxta [vergi növü] almağa yollamışdı, ancaq Sisianova qarşı çıxmış İrəvanlılar onu elə qorxutmuşdular ki, o, özü birinci qaçmağa üz qoymuş, onun ardınca da Ləzgilər 200 nəfər itki verməklə qaçmışdılar.»
______________________________________________________
Pyotr Butkov, Qafqazın Yeni Tarixi Üçün Materiallar, II Cild, səhifə 448 (1869-cu il)
Hiç yorum yok:
Yorum Gönder