Çepnilər
I Şah İsmayıl dövrü (1501 – 1524)
Çepnilərin
24 Oğuz boyundan biri olduğu bəllidir. Çepnilər Anadolunun fəthi və məskunlaşmasında
çox önəmli rollar oynamış boylardan biridir. Çepnilərdən çoxsaylı bir
topluluğun əskidən bəri Şiə və ya Şiəliyə meylli olduğu görünür. XVI yüzildə
onlardan bir bölüyü Hələb Türkmənləri, önəmli bir dəstə də Sivas, Toqat və
Amasya bölgəsindəki Ulu Yörük arasında yaşadığı kimi, yenə bu boya mənsub çoxsaylı
bir topluluq da Trabzon, Bayburt, Gümüşxana, Girəsun və Canik (Ordu və Samsun)
bölgəsində otururdu. Səfəvilər xidmətindəki Çepnilər də bu sayılan topluluq və
bölgələrdən idilər.
I Şah Təhmasib dövrü (1524 – 1576)
Çepnilərdən
Süleyman Bəy Çələbi hicri 954-cü (1547-1548) ildə Şirvanda dirliyə sahib idi.
Eyni ildə Çepni qorucularının səfərə qatıldıqları görünür. Hicri 955-ci
(1548-1549) ildə Van valisi Çepnilərdən Şah Əli Sultanın qalanı Qanuniyə təslim
etməsi, əvvəlcə deyildiyi kimi, Təhmasibi dərin bir üzüntü içində buraxmışdı.
Hicri 963-cü ildə yenə bu oymaqdan Məhəmməd Bəyi görürük. Təhmasibin ölümü əsnasında
Çepnilərdən Mahmud Xəlifə ilə Cəlal oğlu Məhəmməd Sultan və Dönməz Sultan
Qarabağda olub Ziyad Oğluna tabe idilər.
I Şah Abbas dövrü (1587 – 1629)
Şah
Abbasın çağında Çepnilərdən Uğurlu Sultan ilə Murad Sultanı tanıyırıq. Uğurlu
Sultan hicri 1014-cü (1605-1606) ildə Gilandakı Fumən şəhəri valisi idi. Murad
Sultana gəlincə onu hicri 1017-ci (1605-1606) ildə Urmiya civarındakı Dumdum
qalasının fəthinə məmur edilən əmirlər arasında görürük. Abbasın ölümü əsnasında
Çepnilər yenə Gilanda oturur, ancaq başlarında Görgin Sultan adlı qul dəstəsindən
bir əmir bulunurdu.
_________________________________________________________________________________
Faruk Sümer —
«Safevi Devletinin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolü»
Hiç yorum yok:
Yorum Gönder