Quzey Azərbaycanda Şahsevənlər
İran Azərbaycanına Şahsevənlər Yunsur Paşa adlı bir nəfərin başçılığı ilə 3,000-dən çox alaçıq, yaxud ailə gəlmişdi. Yunsur Paşanın nəvələrindən Bəydəli Bəy və Qoca Bəydən bu tirələr törəmişlər: Bəydilli, Xocalı. Bəydillilərdən sonralar bir neçə tirə əmələ gəlmişdir ki, bunlardan da Azərbaycanda Bəydəli Bəyin oğlu Qara Qasım Bəydən törəyən yalnız bircə Qara Qasımlılar yaşayır.
Bundan başqa, Şahsevən oymaqlarının ən nüfuzlu başçılarından birinin ― Kürd Bəyin üç oğlu, yəni, Polad Bəy, Dəmir Bəy və Quzat Bəy öz adlarını tirələrinə vermişlər: Poladlı, Dəmirli və Quzatlı. Onlardan Azərbaycanda yalnız iki öncəki tirə yaşayır.
Kürd Bəyin oymağından bir neçə tirə də ayrılmışdır ki, bunlardan da ən başlıcaları Xəlifəli, Uduqlu, Muradlı, Zərgər və Millidir.
Bu Şahsevən oymaqlarına Yunsur Paşanın çağında, yəni, XVI yüzilliyin sonlarında yenə də Türkiyədən (Anadoludan) gəlmiş iki Səlcuq oymağı da birləşmişdir. Bunlar Bəydilli və İnallı oymaqlarıdır. Bəydillilər sonralar bir neçə tirəyə ayrılmışlar: Oymaqlar, Cilovdarlılar, Çaxırlı, yaxud Şakırlı, Qubadlı, İnallıların isə yalnız bircə Eyvatlı tirəsi olmuşdur.
Bu oymaqların ardınca İran Azərbaycanına yeni Səlcuq tayfaları ― Rzabəyli, Qomuşu, Əhmədli, Təklə yaxud Təkkə gəlmişdir. Əhmədli və Təklə öz adını Səlcuq-Rum sultanlığının xarabalıqlarında yaranan (1301-ci il) və birincisi 1459-cu ilədək, ikincisi isə 1427-ci ilədək var olmuş müstəqil bəyliklərin ― Qızıl Əhmədli və Təkkə adından götürmüşdür. Bu bəyliklərin Osmanlı imperiyasına birləşməsindən sonra onların sakinlərinin bir bölümü ― Səlcuqlar Əhmədli və Təkkə, yaxud Təklə adı altında doğma Anadolu ocaqlarını atıb, Azərbaycana gələrək burada yurd salmışlar.
Şahsevənlərə başqa Səlcuq tayfaları da ― Qədirli, İlxıçı və Qaradağlı da birləşmişdi. Qaradağlılar bu adı öz sürüləri ilə ətəyinə köçdükləri Qaradağ (İran Azərbaycanında) dağının adından götürmüşdür.
Bu tayfalar Azərbaycana köçən vaxt belə vəziyyətdə idilər. Hal-hazırda demək olar ki, onların hamısı başqa Türk tayfaları ilə qarışaraq öz tayfa təşkilatlarını itirmişlər. Onlar yalnız özləri haqqında öz tayfalarının adları ilə bir sıra kəndlərin adında iz qoymuşlar. Lakin onlardan bəziləri köhnə nəsilləri və tayfa təşkilatları indi də mövcud olan daha qüdrətli Şahsevən tayfalarına qarışmışlar. İndi Azərbaycanda Şahsevənlər və onlara birləşən başqa Səlcuqlar öz tayfa adlarını bir çox kəndlərin adına vermişlər. Bu kəndlərin sakinləri arasında şübhəsiz ki, onların çoxlu nəsilləri var. Bu kəndlər aşağıdakı qəzalarda yerləşmişdir:
______________________________________________________
Məhəmmədhəsən bəy Vəlili-Baharlı ― “Azərbaycan” (Fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk), 1921-ci il.
Salam. Mənim babam quzatlıdır. Yadulla atası Səduııa atası İsa atası Agaməhəmməd
YanıtlaSil