23 Ağustos 2014 Cumartesi

Türkman Yurdu

Türkman Yurdu



«Burada izah etməyi lüzumlu bilirəm ki, Loridən çıxandan etibarən biz yolüstü çoxlu köçəri Türkmənə rast gəlirdik ki, bunlar öz ailələri ilə sürəkli olaraq bir yerdən başqa yerə köçür, düşərgə olaraq otlaqlarla zəngin torpaqları seçir və bütün otlaqlar tükənənədək oralarda qalırlar.
Bizim yolda rast gələ bildiklərimiz ümumiyyətlə yaman yağmaçı və soyğunçudurlar. Onlar hər dəfə bizi dəhşətli qorxudurdular və yalnızca, onların Hökmdarlarının yanına getdiyimi bəyan etməyim, Tanrının yardımı ilə, məni sonrakı bəlalardan qurtarırdı.»



Ambrogio Contarini (1429-1499) — Il Viazo del clarissimo Messer Ambrosio Contarini Ambasciator della Illustrissima Signoria di Venetia al Signor Vxuncassan Re de Persia (Venetia, 1543)
_____________________________________________________________

Yuxarıdakı sözlər, 1474-1477-ci illər arasında Venesiya elçisi olaraq Ağqoyunlu dövlətinə səfər etmiş Ambrozio Kontariniyə aiddir. Kontarini 1474-cü ilin yayında Loru-Pəmbək dediyimiz bölgənin mərkəzi olan Lori qalasından çıxdıqdan sonra dağlıq-dərəlik yerləri keçərək Ağrı dağına yetişir, buradan da Mahmudabada çatır və sonra nəhayət Təbrizə gəlir. Kontarinin rast gəldiyi çoxsaylı Türkmənlər həmin bu yol boyunca onun rastına çıxmışlar ki, bu da Borçalıdan ta Təbrizədək olan yerlərin artıq 15-ci yüzildə Türkmənlərlə tam şəkildə məskun olmasını göstərir.

Hiç yorum yok:

Yorum Gönder