22 Ağustos 2014 Cuma

İvan Şopen Ayrım Mahalı haqqında, 1829−1832-ci illər

İvan Şopen Ayrım Mahalı haqqında, 1829−1832-ci illər





Ayrımlı; Konya Sultanlığının dağılmasından sonra, burada hökm etmiş Tatarlar səpələndilər və onların bir qismi Ərməniyyədə məskunlaşaraq burada Ayrumlu və ya Rumlu adını aldılar.
Burada onlar bölündülər: çox hissəsi Şahsevən adı altında İrana doğru getdilər; qalanları isə, Ərməniyyədə qalaraq Ayrımlı, Seyidli-Axsaqlı, Taşanlı və Saatlı nəsillərini meydana gətirdilər. Aşağıdakı siyahı onların hər bir nəslinin sayını göstərir:

Ayrımlı: 631 ailə; 3.484 nəfər.
Seyidli-Axsaqlı: 311 ailə; 1,754 nəfər.
Taşanlı: 124 ailə; 565 nəfər.
Saatlı: 160 ailə; 1,004 nəfər.
Toplam: 1,226 ailə; 6,807 nəfər.



İvan Şopen ― Erməni Vilayətinin Rusiya İmperiyasına birləşməsi dövründəki vəziyyətinin tarixi yadigarı (1852) [Rusca]




Fransız əsilli Rus tarixçisi, etnoqrafı və dövlət xadimi olmuş İvan Şopen, Qafqaz Canişini Qraf İvan Paskeviçin göstərişi ilə 1829−1832-ci illər arasında yenicə işğal edilmiş İrəvan və Naxçıvan xanlıqlarını tədqiq etmiş və yuxarıda adı çəkilən kitabı yazmışdır. “Erməni Vilayəti” deyilən yer, 1828-ci ildə işğaldan dərhal sonra Rusiyanın İrəvan və Naxçıvan xanlıqları ərazisində Ermənilər üçün yaratdığı ərazi vahidinin adıdır, daha sonra 1840-cı ildə bu vilayət ləğv edilmişdir. İvan Şopenin “Konya Sultanlığı” dediyi Rum Səlcuqluları və ya digər adı ilə Anadolu Səlcuqlu Dövlətidir. “Tatarlar” olaraq isə biz Türkləri nəzərdə tutur, o zaman Rusiyada bütün Türklərə “Tatar xalqları” deyirdilər. İvan Şopenin bəhs etdiyi bu Ayrımlar, İrəvan Xanlığında, İrəvanla Anadoludakı Qars arasında yerləşmiş özlərinə məxsus mahalda yaşamış Ayrımlardır. Həmin mahal barədə bir öncəki paylaşımımızda bəhs etmişdik.

Hiç yorum yok:

Yorum Gönder