19 Ağustos 2014 Salı

Güney Azərbaycan Ayrımları

Güney Azərbaycan Ayrımları





Ayrımlı (Farsca daha çox Ayromlu), Qərbi Azərbaycanın Türk tayfasıdır. İranın İrəvan və Naxçıvan vilayətlərini itirdiyi 1243/1828-ci il Türkmənçay Müqaviləsindən sonra, Türk tayfalarının döyüş bacarığını dəyərləndirən vəliəhd Abbas Mirzə, güzəştə gedilmiş torpaqların sakini olan bir sıra Türk tayfalarını, onlara mükafat kimi münbit torpaqlar və gur otlaqlar təklif edərək, Araz çayının güneyində yurd salmağa həvəsləndirdi. Onlardan biri də, Gümrü (sonradan Aleksandropol, və daha sonra da Leninakan) yaxınlığındakı irsi mülklərindən, Avacığa, Makının günbatısındakı mahala köçmüş Ayrımlı tayfası idi.
Ayrımlılar, ən azı iki on doqquzuncu yüzil səyyahı tərəfindən təsvir edilmişlər, Freyzer (A Winter’s Journey from Constantinople to Tehran, London, 1838. Səh. 327-328) J. A. de Qobino (Trois ans en Asie de 1855 à 1858, Paris, 1922. Səh. 266-269). Onların başlıca kəndi Kilsə Kəndidir. Onların yaşadıqları digər kəndlər Qara Bulaq, Pir Əhməd Kəndi, Siyah Çeşmə, Səngi Təpə, Ərəb Dizəçi, Camal Kəndi və Bəy Kəndi. Onlar indi tamamilə oturaqdırlar. Məhəmməd Şah Qacarın baş naziri Hacı Mirzə Ağasi, və Rza Şah Pəhləvi hakimiyyətində İran polisinin baş komandanı General Məhəmməd Hüseyin Ayrım, Ayrımlı tayfasının üzvləri idilər.


























Pierre Oberling






Hiç yorum yok:

Yorum Gönder