18 Ağustos 2014 Pazartesi

Müzəffərəddin Sunqur

Sunqur
Müzəffərəddin Sunqur b. Mövdud (ö. 1161)
Salğurluların qurucusu və ilk hökmdarı (1148 – 1161)





Orta Asiyadan 1145-ci illərdə vaqe olan köçlər sırasında Əmir Mövdud idarəsində Fars bölgəsinə gələn Salğurlular, bu dönəmdə İraq Səlcuqlularının Fars məliki olan Məlikşah b. Mahmud ilə əmirlər arasında cərəyan edən olaylarda yer aldılar. Ailənin başçısı Sunqur bu sırada Məlikşah b. Mahmuda atabəy təyin edildi. Məlikşah b. Mahmud Atabəy Sunqurun qardaşını suçsuz yerə öldürdükdə, Sunqur üsyan edərək Şirazda Salğurlu xanədanının (Fars Atabəyləri) təməllərini atdı (543/1148). Sunqur, İraq Səlcuqluları arasındakı taxt qovğalarının sürdüyü dönəmdə Məlikşahın Farsdan qaçarkən yanında apara bilmədiyi oğlu Məlik Mahmudu Nevbencanda həbs etdi (Səfər 544/İyun 1149). Onun bu olaydan sonra taxta daha yaxın gördüyü Şahzadə Məhəmməd b. Toğrulu dəstəklədiyi və onu məlik elan etdiyi anlaşılmaqdadır.

Sunqurun Farsda müstəqil hərəkət etməsi, Səlcuqlu Dövlətinin əsasən böyük ölçüdə zəifliyə uğramış olan mərkəziyyətçi səylərinə vurulan yeni bir zərbə oldu. İraq Səlcuqlu Sultanı Məsud, Fars bölgəsinin ölkədən qopmasını əngəlləmək üçün Məlikşahı dəstəkləyərək ona əsgər verdi. Buna rəğmən Sunqur, Məlikşahı yenilgiyə uğradıb hakimiyyətini gücləndirdi. Bu keçid dönəmindən yararlanaraq torpaqlarını genişlətmək üzərə Farsa hücum edən quzey qonşusu Avşar bəyi və Xuzistan hakimi Yaqub b. Arslanın hücumlarına qarşı da torpaqlarını uğurla qorudu. Sonucda Yaqub b. Arslan yenildi və Xuzistana qayıtmaq məcburiyyətində qaldı. Atabəy Sunqur ilə Kirman Səlcuqlu Hökmdarı Məhəmməd b. Arslanşah arasında dostca münasibətlər vardı və hər ikisi də bir-birinin sərhədlərinə müdaxilədən uzaq durmaqda idi. Lur-i Buzurq sülaləsindən Məhəmməd b. Əli və oğlu Əbu Tahir də Atabəy Sunqurun xidmətinə girdi. Ancaq Əbu Tahir bir sürə sonra Atabəy Sunqurun yardımı ilə Luristanı ələ keçirib orada Lur-i Buzurq Atabəyləri olaraq bilinən müstəqil bir xanədanın təməllərini atdı (550/1155).

İraq Səlcuqlu Sultanı Məhəmməd b. Mahmudun 1160-cı ildə ölümünün ardından əmirlər atabəyi olduqları və ya dəstəklədikləri şahzadələr adına şiddətli bir mübarizəyə girişdilər. Mosul Atabəyi Mövdudun da dəstəklədiyi Süleyman Şah b. Məhəmməd Taparın səltənəti qısa sürdü. Digər namizəd Məlikşah isə rəvayətə görə zəhərlənərək öldürüldü. Bu arada İsfahan əhalisinin şəhərdən qovduğu Avşar Bəyi Aydoğdu, Xuzistana yenidən sahib olarkən, Təklə Farsa qayıtdı. İraq Səlcuqlularında taxt qovğaları, Azərbaycan Atabəyi Şəmsəddin Eldənizin Sultan Toğrulun oğlu Arslanşahı taxta çıxarmasına rəğmən dinmədi. Eldənizin Sultan Arslanşah və dövlət üzərindəki gücünü gözü götürməyən Rey Valisi Hüsaməddin İnançın girişimi ilə bir qism əmirlər Arslanşahı taxtdan endirmək üzərə hərəkətə keçdilər və Fars Atabəyi Sunqur ilə də əlaqə quraraq onun yanında bulunan Sultan Arslanşahın qardaşı Məhəmmədi taxta çıxarmaq üzərə onlara göndərməsini istədilər. Durumu öz çıxarlarına uyğun görən Sunqur, Şahzadə Məhəmməd b. Toğrulu 1,000 nəfərlik bir qüvvə ilə yola çıxardı. Eldəniz də yanında Arslanşah bulunduğu halda müxaliflərin qarşısına çıxdı. Həmədan civarında baş verən savaşda Sunqurun dəstəklədiyi Şahzadə Məhəmməd yenilib Xuzistana çəkilmək məcburiyyətində qaldı (556/1161).

Hicri 556-da (1161) Mərgzar-i Bəyzada əlli bir yaşında ikən vəfat edən Atabəy Sunqurun yerinə oğlu Toğrul hələ kiçik yaşda olduğu üçün qardaşı Zəngi keçdi. Qaynaqların adil, dindar, xeyirsevər və comərd bir idarəçi olaraq xarakterizə etdikləri Sunqur, Şir-i Barik və Müzəffərəddin ləqəbləriylə tanınırdı. Səlcuqlu Dövlətinin çöküş, Fars Atabəyliyinin hələ quruluş dönəmi olmasına rəğmən Sunqur xeyir əsərləri inşa etməkdən geri qalmamışdır. Onun çeşidli vəqflər təsis etdiyi əsərlərinin başında dəfn olunduğu Sunquriyyə Mədrəsəsi gəlir. Qaynaqlar bu mədrəsənin bitişiyindəki bir bulağı, Şiraz bölgəsindəki su kanalları, yüksək minarəsi ilə anılan Məscid-i Sunqur ilə Bağ-i Nev məhəlləsində sufilər üçün tikdirdiyi ribatı onun abadlıq fəaliyyətləri arasında qeyd edirlər.



Gülay Öğün Bezer


Hiç yorum yok:

Yorum Gönder