Oğuz
axınları ərəfəsində Azərbaycanın sərhədləri
«Arranın
sərhədləri Bab-ül-Əbvabdan (1) Tiflisədək (2) və [oradan] Araz çayı
yaxınlığındakı “Naxçıvan” (3) adı ilə tanınan yerədəkdir.
Azərbaycanın
sərhədləri: Tarumun (5) ucqarlarına və Zəncanadək varan dağ silsiləsi (4); daha sonra o, Dinavərin
(6) ən ucqar hüdudlarına toxunur, sonra Dəcləyə (8) çatıncayadək Hulvanın və Şəhrizurun
(7) ətrafından dolanır, və daha sonra Ərməniyyənin hüdudlarını əhatə edir.»
Əbu
İshaq İbrahim ibn Məhəmməd əl-İstəxri “Kitab əl-Məsalik və-l-Məmalik” (~930-cu
il)
[Qafqazın Bölgələrinin və Qövmlərinin
Təsviri üçün Materiallar Toplusu, 12-ci Buraxılış, səh. 25−27 (1901-ci il)]
Burada
“Arran” deyilərkən müasir Azərbaycan Cümhuriyyətinin ərazisi, “Azərbaycan” adı
altında isə müasir Güney Azərbaycan ərazisi nəzərdə tutulmuşdur. Əl-İstəxrinin
min il bundan qabaq təsvir etdiyi Azərbaycan sərhədləri, xüsusən güneydəki sərhədlər,
bizim müasir sərhəd anlayışımızdan daha genişdir. Belə ki, bu təsvirdən
göründüyü kimi, Azərbaycan ərazisinə Dinavər, Şəhrizur, Hulvan və hətta Dəclə
çayınadək olan ərazilər aid olmuşdur. Bunlardan Dinavər, Şəhrizur və Hulvan
İranın müasir Kirmanşah vilayətində yerləşir. Kirmanşahın Həmədana yaxın bölgələrində
hal-hazırda da adacıqlar şəklində Türk əhalisi yaşamaqdadır, bunlar əsasən
Sunqur, Səhnə və Kəngavər mahallarında məskundurlar. Daha sonra Azərbaycanın sərhədləri
Dəclə boyunca Ərməniyyəyədək, yəni təxminən indiki Van bölgəsinədək aparılır.
Bu isə müasir İraq Türkmanlarının ərazilərinin də Azərbaycan ölkəsinə aid olmuş
olduğunu göstərir. Əlbəttə, bu zaman bizim əcdadlarımız olan Oğuzlar hələ
Türküstanda idilər və biz Azərbaycanı hələ fəth etməmişdik, ancaq Oğuz yürüşləri
əl-İstəxrinin bu kitabından bir neçə on illik sonra başlayır və bizim əcdadlarımız
bu ölkəni fəth edib məskunlaşdıqları zaman onun sərhədləri aşağı-yuxarı bu şəkildə
idi. Yəni, biz Arran və Azərbaycanı yurd etdiyimiz zaman onun sərhədləri quzeydə
Dərbənddən (Bab-ülə-Əbvab) güneydə Zəncan və Kirmanşahadək uzanırdı, biz bu ölkəni
bu sərhədlərdə “təhvil almışıq”. Bu isə, müasir “Bütöv Azərbaycan”la bağlı
siyasi tələblərimizin həm də tarixi bir əsasının olmasını göstərir.
© ATB ― Azərbaycan Türkçülər Birliyi
Hiç yorum yok:
Yorum Gönder