7 Eylül 2014 Pazar

Əbdürrəhim Xan Baharlu-Türkman

Əbdürrəhim Xan Baharlu-Türkman

Xan-i Xanan Mirzə Əbdürrəhim Xan (ö. 1627)

Baburlular çağında alim və şairlərin qoruyucusu olaraq şöhrət qazanmış dövlət adamı və sərkərdə



1556-cı ildə Lahorda doğulmuşdur. Qaraqoyunluların önəmli oymaqlarından Baharlu Türkmənlərinə mənsubdur. Atası Bayram Xan, Xan Baba ləqəbi ilə ünlü idi. Bayram Xan, Qucaratın Patan şəhərində bir Əfqan tərəfindən öldürüldükdə, 1562-də Cəlaləddin Əkbərin sarayına aparıldı və orada yetişdi. Cəlaləddin Əkbərin himayəsində uzun sürə Qucaratda bulunan Əbdürrəhim, Səmal Meydan Savaşında başçılığı altındakı Baburlu mərkəz qüvvələri ilə asi Bayqara Mirzəni məğlub etdi. 1576-da Vəzir Xan Herəvinin nəzarətində “mir-i ərzlik”lə Qucarat valiliyinə təyin edildi. Bir sürə Şahzadə Səlimin atalığını etdi; bu arada Qucarat Sultanı III Müzəffərin yola gətirilməsində səyləri göründü. Sarkiç və Nadot zəfərlərindən sonra da atası kimi “xan-i xanan”lığa yüksəldildi. 1588-də Kanpur, 1591-də Multan valiliklərində bulundu və Sindin Arğunlu hakimi Canıbəg məsələsinin həll edilməsində önəmli rol oynadı. Nurəddin Cahangir çağında (1605 – 1627) Şahzadə Xürrəm ilə birlikdə Dekanda qalan Əbdürrəhim, Dehliyə qayıtdıqdan bir müddət sonra vəfat etdi. Dehlidə Əmir Xosrov-i Dəhləvinin şeyxi Nizaməddin Övliyanın türbəsi yanına dəfn edildi.

Zəki, qabiliyyətli bir sərkərdə və dövlət adamı olan Əbdürrəhim, eyni zamanda yaxşı təhsil almışdı. Atası kimi geniş bir mədəniyyətə sahib olub Ərəbcə, Farsca və Hindcəni çox gözəl danışır, yazır və bu dillərin birindən digərinə tərcümə edə bilirdi. Qaynaqlarda Qərb dillərinə də aşina olduğu qeyd edilməkdədir. Şeirlərində Rəhim təxəllüsünü istifadə etmişdir. Cəlaləddin Əkbərin əmri və arzusu üzərinə, Baburun Türkcə xatiratını Vaqiat-i Baburi adı ilə Farscaya çevirmişdir. Sünni olmaqla birlikdə Şiələrə və ayrıca Sufilərə qarşı olduqca yumşaq bir siyasət yürütmüşdür. Son dərəcə cömərd olub alim, sənətkar və şairləri qorumuş, sarayı sanki bunların axınına uğramışdır. Təbəqat-i Əkbərinin yazarı Nizaməddin Əhmədi himayə etmiş və ona bəxşilik vəzifəsini vermişdir. Əbdülbaki-i Nihavəndi də Məsair-i Rəhimisini onun adına qələmə almışdır.


___________________________________________
Enver Konukçu

Hiç yorum yok:

Yorum Gönder