7 Eylül 2014 Pazar

Bərkyaruq

Bərkyaruq

(ö. 498/1104)

Böyük Səlcuqlu hökmdarı (1092 – 1104)




Sultan Məlikşahın Zübeydə Xatun adlı xanımından 474-ü ilin Məhərrəmində (İyun 1081) İsfahanda doğulmuş oğludur. Sultan Məlikşah, çox sevdiyi vəliəhd Şahzadə Əhmədin ölümündən sonra vəziri Nizamülmülkün də tövsiyyəsi ilə həyatdakı oğullarının ən böyüyü olan Bərkyaruqu vəliəhd təyin etdi. Ancaq Məlikşahın ani ölümü üzərinə xanımı Tərkən Xatun beş yaşındakı oğlu Mahmudu sultan elan etdirmək üçün hər vasitəni mübah sayaraq hərəkətə keçdi. Bu məqsədlə sultanın ölümünü gizlədiyi kimi əmirlərə böyük pullar verərək oğlunu dəstəkləyəcəklərinə dair and içdirdi. Sonda Xəlifə Müqtədi-Biəmrillahı da təhdid edərək Mahmudu sultan elan etdirib adına xütbə oxutmağı bacardı (485/1092). Atası öldüyü əsnada İsfahanda olan Bərkyaruqu Əmir Kürbuğa vasitəsilə həbs etdirdi. Ancaq Məlikşahın ölüm xəbərini alan Nizamülmülkün adamları vəzirə aid cəbbəxanaları yağmalayaraq üsyan bayrağını açdılar və həbsxanada bulunan Bərkyaruqu qurtarıb on bir yaşında ikən eyni ildə sultan elan etdilər. Tərkən Xatunun İsfahana yaxınlaşması üzərinə də onunla birlikdə Reyə doğru yola çıxdılar. Tərkən Xatun ilə Bərkyaruq arasında Borucerd şəhəri yaxınlarında meydana gələn savaşda Tərkən Xatun ağır bir yenilgiyə uğrayaraq İsfahana çəkildi (16 Zilhiccə 485/17 Yanvar 1093). Şəhəri bir sürə mühasirə edən Bərkyaruq Tərkən Xatundan 500,000 dinar alaraq mühasirəni qaldırıb Həmədana getdi. Edilən anlaşmaya görə Tərkən Xatun ilə Mahmud İsfahan və Farsa hakim olacaq, digər şəhərlər Bərkyaruqa tərk ediləcəkdi.

Anlaşmaya baxmayaraq bütün ölkəyə hakim olmaq istəyən Tərkən Xatun, bu dəfə Bərkayruqun dayısı Azərbaycan Məliki İsmayıl b. Yaqutiyə xəbər göndərib Bərkyaruqu aradan götürməsi şərti ilə evlənmə vədində bulundu. İsmayıl bu təklifi qəbul edərək Bərkyaruq üzərinə yürüdü, fəqət Həmədan-İsfahan arasındakı Kərəcdə meydana gələn savaşda yenildi (486/1093). Bu zəfərdən sonra Bağdada gedən Bərkyaruq Xəlifə Müqtədi-Biəmrillah tərəfindən Rüknəddin ləqəbi ilə sultan elan edildi və 14 Məhərrəm 487-də (3 Fevral 1094) adına xütbə oxundu. Ancaq onun Səlcuqlu taxtının yeganə hakimi ola bilməsi üçün taxta haqq iddia edən digər xanədan mənsubları ilə mücadilə etməsi və onları aradan götürməsi gərəkirdi. Taxta haqq iddia edənlərin önəmlilərindən biri, Suriya məliki olan əmisi Tacüddövlə Tutuş idi. Məlikşahın ölüm xəbərini alar-almaz Səlcuqlu taxtına sahib olmaq üçün səfərbər olan və Rəhbə, Mosul, Nusaybin, Antakya, Urfa, Hərran və Raqqanı ələ keçirib adına xütbə oxutduran Tutuş, xəlifəyə elçi göndərərək sətənətinin təsdiq edilməsini istədi. Xəlifə Müstəzhir-Billah bunu rədd etdi, ancaq o, usanmadan mübarizəsini sürdürdü. Bir çox şəhəri daha ələ keçirdiyi kimi Bərkyaruqu dəstəkləyən güclü əmirlərdən Hələb Valisi Ağsunqur ilə Urfa Valisi Bozanı öldürtdü və Bağdadda adına xütbə oxutmağı bacardı (487/1094). Daha sonra Tərkən Xatun ilə iş birliyi edərək İsfahanda bulunan Bərkyaruq üzərinə yürüdü. Bu sırada Tərkən Xatun xəstələnərək öldü. Tutuş ilə aralarında cərəyan edən savaşda yenilən Bərkyaruq İsfahana sığınmaq məcburiyyətində qaldı (Şəvval 487/Oktyabr 1094). Mahmudun əmirləri onu həbs edərək gözlərinə mil çəkməyə təşəbbüs etdilər, fəqət elə bu məqamda Mahmud çiçək xəstəliyinə tutuldu. Bunun üzərinə əmirlər Mahmudun aqibəti bəlli olanadək gözləməyə qərar verdilər. Mahmudun ölümü üzərinə də (487/1094) Bərkyaruq tərəfinə keçdilər; ertəsi il Tutuş, Bərkyaruq ilə etdiyi ikinci savaşda yenildi və öldürüldü. Beləcə Bərkyaruq, Tərkən Xatun və Mahmudun ölümündən sonra Tutuş əngəlini də aşmış oldu.
Fəqət eyni il digər əmisi Arslan Arğun Xorasanda üsyan etdi.

Bərkyaruq onun üzərinə əmisi Böriparsı göndərdi. Böriparsın yenilib öldürülməsi üzərinə qardaşı Səncərin başçılığında yeni bir ordu göndərdi. Ancaq bu ordu yetişmədən Arslan Arğun bir köləsi tərəfindən öldürüldü (1097). Bərkyaruqa üsyan edən digər əmisi Şəhabüddövlə Təkiş də eyni ildə öldürüldü. Sultan Bərkyaruqa üsyan edənlərdən biri də Çağrı Bəyin nəvələrindən Əmir-i əmiran Məhəmməd b. Süleyman idi. Bərkyaruq, Səncərin sayəsində onu də aradan götürərək (1097) ölkənin hər tərəfində hakimiyyət qurdu. Qardaşları Məhəmməd Tapar və Səncər, Azərbaycan Məliki Mövdud b. İsmayıl, Tutuşun oğulları Hələb Məliki Rizvan, Dəməşq Məliki Duqaq, Anadolu Səlcuqlu Sultanı I Qılıcarslan və Kirman Səlcuqlu Məliki Turan Şah onu Böyük Səlcuqlu sultanı olaraq tanıyıb itaət ərz etdilər. Beləcə Sultan Məlikşahın ölümündən bəri fətrət dövrünü yaşamaqda olan Böyük Səlcuqlu İmperatorluğu yenidən bir sultanın əmrində təmsil edilərək etibar qazanmış oldu.

Ancaq ölkədə təmin edilən bu birlik uzun sürmədi. Gəncə Məliki Məhəmməd Tapar, Bərkyaruqun əski vəziri Müəyyidülmülkün təhrikləri sonucunda böyük qardaşına qarşı üsyan edərək sultanlığını elan etdi. Xəlifə Müstəzhir-Billah da onun hökmdarlığını təsdiq edərək adına xütbə oxutdu (17 Zilhiccə 492/4 Noyabr 1099). Bunun üzərinə Bərkyaruq qardaşı Məhəmməd Tapar üzərinə yürüdü və aralarında Səfidrudda (Qızılüzən) cərəyan edən ilk savaşda yenildi (493/1100). Həmədanda meydana gələn ikinci savaş (494/1101) Bərkyaruqun qalibiyyəti, Rudravərdə meydana gələn üçüncü savaş isə bəzi çarpışmalardan sonra anlaşma ilə sonuclandı (4 Rəbiülaxır 495/26 Yanvar 1102). Anlaşmaya görə Bərkyaruq “sultan”, Məhəmməd Tapar isə “məlik” ünvanlarına sahib olacaqdı. Gəncə və çevrəsi ilə Azərbaycan, Diyarbəkir, əl-Cəzirə və Mosul Məhəmməd Tapara, Xorasan xaric anlaşmada qeyd edilməyən Səlcuqlu torpaqları isə Bərkyaruqa aid olacaqdı. Sultan Bərkyaruq gərəkli olduqda Məhəmməd Tapara hərbi yardımda bulunacaq, Məhəmməd Tapar da Bərkyaruqa 1,300,000 dinar vergi ödəyəcəkdi. Ancaq bu barış uzun sürmədi. Məhəmməd Tapar onu barışa razılaşdıran əmirləri xəyanətlə suçlayaraq onları cəzalandırdı və anlaşmanı pozub özünü sultan elan etdi. Rey yaxınlarında cərəyan edən dördüncü savaş Bərkyaruqun qalibiyyəti ilə sonuclandı (495/1102). Bərkyaruq savaşdan sonra İsfahana qaçan qardaşını yaxalamaq üçün şəhəri bir sürə mühasirə etdi isə də, sonuc ala bilmədi. Xoy yaxınlarında cərəyan edən beşinci savaş da Bərkyaruqun zəfəriylə sonuclandı (8 Cəmadiyəlaxır 496/19 Mart 1103) və uzun müzakirələrdən sonra tərəflər arasında anlaşma təmin edildi (Rəbiülaxır 497/Yanvar 1104). Buna görə Bərkyaruq, Məhəmməd Taparın beş növbət çalmasına müdaxilə etməyəcək, Məhəmməd Tapara aid şəhərlərdə Bərkyaruq adına xütbə oxunmayacaq, əsgərlər dilədikləri tərəfə keçə biləcəkdilər. Cibal, Fars, İsfahan, Rey, Həmədan, Xuzistan və Bağdad Bərkyaruqa, Azərbaycan, Diyarbəkir, əl-Cəzirə, Mosul, Suriya və Hillə Əmiri Sədəqənin hakimiyyətindıki torpaqlar Məhəmməd Tapara aid olacaqdı. Bu anlaşma ilə illərdir davam edən və dövlət nüfuzunu sarsaraq qarışıqlıqlara nədən olan, xalqı ac və pərişan qoyan fətrət dövrü taxt qovğalarına son verilmiş olurdu.

Bərkyaruq, taxt qovğaları və əmirlər arasındakı mənfəət çarpışmaları nədəniylə Anadolunu keçərək Suriya torpaqlarına girən Xaçlıların Antakya (3 İyun 1098) və Qüdsü (15 İyul 1099) işğal edib kiçik dövlətlər qurmalarına əngəl ola bilməmişdi. Bu baxımdan Bərkyaruq çağında Xaçlı qrafları Baudouin ilə Joscelinin əsarəti ilə sonuclanan Hərran Savaşı (497/1104) müsəlmanlar arasında sevinclə qarşılandı. İç qarışıqlıqlar, taxt qovğalarına və Xaçlı istilasına baxmayaraq Bərkyaruq, o dövrün iki böyük Türk dövləti Qəznəlilər və Qaraxanlılar tərəfindən rəsmi hökmdar olaraq tanınmışdır.

Bütün Səlcuqlu torpaqlarında dövlət nüfuzunu yayıb dinclik və sakitliyi təmin etdiyi bir ərəfədə vərəmə tutulan Bərkyaruq, bir xərəklə İsfahandan Bağdada aparılarkən yolda ağırlaşdı və həyatından ümid kəsildikdə əmirləri yanına çağırıb beş yaşındakı oğlu Məlikşahı vəliəhd, Əmir Ayazı da ona atabəy təyin etdi. Oğlunu əmirlərin himayəsində Bağdada göndərərkən, özü də İsfahana qayıtmaq üzərə yola çıxdı və Borucerd yaxınlarında öldü (2 Rəbiülaxır 498/22 Dekabr 1104). Cənazəsi İsfahana aparılaraq əcdadlarının gömüldüyü türbədə dəfn edildi, yerinə oğlu Məlikşah keçdi.

Bəzi tarixçilər ondan ədalətli, fəzilətli, səbrli və yumşaq xasiyyətli bir hökmdar olaraq bəhs edərkən, bəziləri də içki və əyləncə düşkünü olduğunu qeyd edirlər.


____________________________________________________
Abdülkerim Özaydın

Hiç yorum yok:

Yorum Gönder