Cavad Qəzasında Şahsevən obaları, 1870-ci il:
Obanın adı — Yurdu — Ailə sayı
1) Xırda-Pay: Muğan Çölünün quzeyində Araz boyunca;
2) Xəlfəli: Muğan Çölünün quzeyində Araz boyunca;
3) Muğanlı: Muğan Çölünün quzeyində Araz boyunca;
Toplam üçü birlikdə — 500 ailə;
4) Poladlı: Araz Çayından Çeyil-Çala dərəsinə gedən axarda, Kalağaylı kəndindən aşağıda — 300 ailə;
5) Bəndəli-Bəyli: Muğanın quzeyində, qurumuş Çatkövək arxının Çeyil-Çala dərəsi ilə birləşəcəyində — 300 ailə;
6) Yekəli: Muğanın quzeyində, qurumuş Orta-Qobu arxından güneydə — 70 ailə;
7) Rıza-Bəyli: Muğanın quzeyində, qurumuş Gör-Arx arxının Şəkərəbil-Çala dərəsi ilə birləşəcəyi yerin yaxınlığında — 100 ailə;
8) Xamustı-Poladlı: Muğanın quzeyində, Xərməndə-Çala dərəsinin yaxınlığında — 150 ailə;
9) Sarıxan-Bəyli: Muğanın quzeyində, Şina-Çaladan Qamışəvan-Çalaya gedən axarın yaxınlığında — 300 ailə;
10) Cahan-Xanımlı: Muğanın güneyində, Mahmud-Çalasından gündoğuda — 150 ailə;
11) Novruz-Əli-Bəyli: Muğanın güneyində, Mahmud-Çalasından gündoğuda
12) Bala-Bəyli: Muğanın güneyində, Mahmud-Çalasından gündoğuda;
Toplam ikisi birlikdə — 100 ailə;
13) Quzatlı: Muğanın güneyində, Mahmud-Çalasından gündoğuda — 60 ailə;
14) Talış-Mikayıllı: Muğanın güneyində, Mahmud-Çalasından günbatıda — 400 ailə;
15) Qoca-Bəyli: Muğanın güneyində, Mahmud-Çalasından günbatıda — 200 ailə;
16) Poladlı: Muğanın ortasında, Daran postundan gündoğuda — 100 ailə;
17) Seyidlər: Muğanın ortasında, duzlu Qazlı gölünün yaxınlığında — 50 ailə;
18) Dəmirçi: Muğanın ortasında, duzlu Oxçu gölünün yaxınlığında —500 ailə;
19) Bəy-Bəyli: Muğanın ortasında, duzlu Təpəli gölünün yaxınlığında — 50 ailə;
20) Əli-Babalı: Muğanın ortasında, duzlu Çanaq gölünün yaxınlığında — 60 ailə;
21) Qara-Qasımlı: Muğanın ortasında, duzlu Çanaq gölünün yaxınlığında — 100 ailə;
TOPLAM: 3,490 köçəri ailə.
Rusiya İmperiyasının yaşayış məskənlərinin siyahısı. Qafqaz Diyarı üzrə Qafqaz Canişinliyi Baş İdarəsi nəzdində Qafqaz Statistika Komitəsi tərəfindən tərtib və nəşr edilmişdir. Bakı Quberniyası, 1870-ci il [Rusca].
______________________________________________________
Yuxarıda adı çəkilən kitab Rus etnoqrafı Nikolay Zeydlits tərəfindən tərtib edilmiş və 1870-ci ildə çap edilmişdir. Burada qeyd olunan Şahsevən obaları həmin dövr üçün köçəri olan Şahsevən tirələridir. Kitabda ayrıca bunlardan başqa bir qism Şahsevənlərin oturaq həyata keçərək kəndlərdə yaşadığı yazılmışdır. Adı çəkilən Cavad Qəzası müasir İmişli, Saatlı, Sabirabad, Hacıqabul, Salyan, Biləsuvar, Neftçala və Qızılağac bölgələrini əhatə etmişdir.
Hiç yorum yok:
Yorum Gönder