Padarlar
Padarlar Səfəvilər tərəfindən İrandan köçürülmüşlər və Ləzgiləri itaətə gətirmək üçün onlara yaxın bölgələrdə yerləşdirilmişlər. Padarları Ləzgilər «kürə» adlandırmışlar və onlar tədricən bütün ölkəyə yayılmış və hal-hazırda aşağıdakı obalarda yaşayırlar:
Quba qəzasında ― Şabran Padar, Armud Padar;
Göyçay qəzasında ― Padar Gülməli;
Ağdaş qəzasında ― Qaradağlı Padar;
Şamaxı qəzasında ― Padar;
Nuxa qəzasında ― Padar;
Cəbrayıl ― Padar.
______________________________________________________
Məhəmmədhəsən bəy Vəlili-Baharlı ― “Azərbaycan” (Fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk) (1921)
Yanlış bir məlumat. Padarlar Səfəvilər tərəfindən İrandan köcürülməyib. Padarlar Səfəvilərdən cox-cox qabaq Şirvan və o cümlədən Dağıstan, İran, Naxçıvan, Qarabağ, Muğan, Borcalı, Anadolu, Çuxursədd, Türküstan ərazilərində məskunlaşmışdırlar. Padarlar Oğuz tayfaları arasında ən böyük tayfa birliyidirlər. Bir sıra tarixcilər onları sarıqur və onoqur tayfaları ilə eyniləşdirirlər.
YanıtlaSilMəhəmmədhəsən bəy Vəlili-Baharlı ― “Azərbaycan” əsərində bir səhv buraxıb. Onun yazılarının elmi əsası yoxdur. Belə ki onun yazılarına görə padarlar səfəvilər tərəfindən 17-ci əsrdə İrandan köçürülüblərsə, Ağsu yaxınlığında Şeyxi Dursun Padarinin 14-cü əsrə aid türbəsi nədir? Digər bir məlumatda Şirvançah II Xəlilüllahın qorcubaşısı Padar olduğu bildirilir. Bu haqqda A.Bakıxanov, S.Aşurbəyli, O.Əfəndiyev və s. əsərləırində qeyd edilir.
YanıtlaSilƏlavələriniz üçün təşəkkürlər.
Sil