7 Eylül 2014 Pazar

Oğuz Deyimləri

OĞUZ DEYİMLƏRİ





1. Allah-Allah deməyincə işlər onmaz.
2. Allah sağ gözi sol gözə möhtac eləməsün.
3. Allah öldürmədigin kimsə öldürməz.
4. El keçdügi köprüdən sən də keç.
5. Əyər altında at ölür, qeyrət altında ər ölür.
6. Ər xəstəlığı yoxsulluq nişanıdır.
7. Eşəgün ölümi itə dügündür.
8. Atdan düşən ölməz, eşşəkdən düşən ölər.
9. Öküz buynuzlu inək südsüz olur,
İnək buynuzlu öküz gücsüz olur.
10. Ölmə eşəcigüm, yonca bitə, yeyəsən.
11. Eşitdügin söyləyici yalançıdır.
12. Öküz aytmış: “Bən ölicək gönümi inək üstünə sərün”
13. Oğruya taş andırma.
14. Atı dostun kibi bəslə, düşmanın kibi bin.
15. Eyiligi eylə, dənizə buraq: balıq bilməzsə, xalıq bilür.
16. Oynaşına inanan övrət ərsiz qalur.
17. Oğlum kimi sevsə, gəlünim oldur.
18. Ərli övrət-bəkli övrət.
19. Övrət ünlü ər qutsuz olur.
20. Alçaq yerdə dənəcik kəndüzini tağ sanur.
21. Ayaq qabı dar olıcaq cəhan genligi neyləsün.
22. Eşəgin bərk bağla, andan Tanrıya ısmarla.
23. Bir taş ilə iki quş urulmaz.
24. Bəslə it ənigin, axır baldırın yırtar.
25. Bən nə vaqq ölürsəm, qiyamət ol gün qopar.
26. Bahadır oldur ki, kəndü nəfsin öldürə.
27. Pirlərə ölmək bayramdır.
28. Bal deməklə ağız tatlu olmaz.
29. Bin çuqullu bir çıplağı soyamaz.
30. Bir ata toquz oğul bəsləyər, amma toquz oğul bir babayı bəsləyəməz.
31. Padşahların basduğı yerdə ot bitənməz.
32. Türk ucuz bulduğun murdar sanır.
33. Türkə yüz vermə kim, cahanı yıqar.
34. Türk atınun samanı bol gərək.
35. Tütünlü ev tonmaz.
36. Çürük baqlananın kor alıcısı olur.
37. Çirkinə gözəl desən, quyruq bular,
Gözələ çirkin desən, dodaq yalar.
38. Cahil vaqtsız xorus kimidir.
39. Çoq sevmə, usanırsan.
40. Çomaq uçmaqdan çıqmışdır.
41. Çıraq dibi qaranqu olur.
42. Haram tatlu olur.
43. Haq təala qulını qəhr ilə daim qaramaz.
44. Xatun kişilər üç nəsnədən çəkər: bir oğlan toğurmaqdan, bir geyəsi yumaqdan, biri un yoğurmaqdan.
45. Dəlü başın ayağı qəribdir.
46. Dinsüzə dinin bildirmək öksüzə tan geyürmək kibidir.
47. Dövlətsizin evindən dövlətlünün yurdı yegdir.
48. Dövlətsizin oğlı olmaqdan dövlətlinün qulı olmaq yegdir.
49. Dişi arslan da arslandır.
50. Dənizdəki balığı satma.
51. Dəvəyə bürc gərəksə, boynın sunsun.
52. Düzənlik qanda isə bərəkət andadır.
53. Dövlətlünün evi tütündən bəllüdür.
54. Düşmənin ömri qar ömri kibi ola.
55. Dörd məzhəb, beşinci kötək.
56. Dilənçinin yüzi qərə, torvası toludur.
57. Dönən övrət-sapan keçi.
58. Dürlü yalanın adını eşq qomışlar,
Eşqi çəkən kişilər dostu xəlvət bulmuşlar.
59. Dünyada ölüm olmasa, adam adam ətin yerdi.
60. Ruspinin könləgi ondur, toquzın elə geydürür, birin kəndü geyir.
61. Söz torpaq kibidir, eşdükcə örər.
62. Səndən uluya qız ver, səndən alçaqdan qız al.
63. Söz oqdır ağız yayında, ey can.
64. Oq atılsa, gerü dönmək nə imkan?
65. Sevgil səni sevəni, iki dişlü qarisə,
Sevmə səni sevməyəni, gögdən enən hurisə.
66. Sözi verəndən alan uslu gərək.
67. Səni bir sevməyəni sən iki sevmə.
68. Şəriət kəsdügi barmaq ağrımaz.
69. Şəhərin dövlətsiz qızı köyə gəlin gedər, köyün dövlətlü qızı şəhərə gəlin gedər.
70. Şəhərlü aqça bulsa, evlər yapar; Türk aqça bulsa, tavara verər.
71. Sağ baş yastuq istəməz.
72. Satun alınmış sarımsaq sapınadək tatlu olur.
73. Sağ olana hər gün bayramdır.
74. Tul övrət öküzi kibi olma.
75. Tul övrətə qurbağaca qurbağa kərkinür.
76. Tutulmayan oğrı-bəgdən toğrı.
77. Tanışıqlu tağ aşar.
78. Tağ nə qədər yuca isə, üzərindən yol aşar.
79. Eyibsiz yar istəyən yarsız qalur.
80. Aşığa sinək avazı saz gəlür.
81. Övrətin əri ilk əridir,ğeyrisi yamadur.
82. Ərəb toyunca yeyir, Türk ölüncə yeyür.
83. Övrət kişiyi atadan-anadan ayırar, eşindən-dostundan kəsər.
84. Aşiq arsız gərək.
85. Övrətə inanma, suya tayanma.
86. Övrət yapduğu ev yıqılmaz; övrət yıqdığı ev yapılmaz.
87. Övrətin saçı uzun, əqli qısadır.
88. Fəsada övrət tez quşanır ərdən.
89. Quş var, ət yedirirlər, quş var, ətin yeyirlər.
90. Qaşıq ilə aş verün, sapıyla gözin çıqarma.
91. Qurd ilə yeyüb, qoyun ilə şivən urma.
92. Qurd ənigi yenə qurd olur.
93. Qılıç yarası önəlür, dil yarası önəlməz.
94. Qarıncaya qəza gəlicək qanatlanur.
95. Qız oqutmaq güc olur.
96. Qələmin qiymətini yazıçı bilür.
97. Kəsər kəndü sapın yonmaz.
98. Kişi bir uğurdan bayımaz.
99. Kölgəsində yatacaq ağacın budama.
100. Gögdən nə yağdı ki, yer anı yutmadı?
101. Mərmərdə ot bitməz.
102. Naçar işün adı şükürdür.
103. Nəfəs tut ki, nəfəsün tutıla.
104. Vay ol kişiyə kim, Tanrıdan qorqmaya.
105. Hər nə ki başına gəlirsə, Haqdan bil.
106. Yerü gög götürməz anı ki, insan götürər.
107. Yigit övrəti çirkin gərək.
108. Yüksək dəpəyə çıqmaq zəhmətdir, amma çoq tamaşası var.
109. Yalunız taş divar olmaz.
110. Yalnızlıq bir Allaha yaraşır.

Hiç yorum yok:

Yorum Gönder