10 Eylül 2014 Çarşamba

«Erməni Vilayəti»ndə köçəri Türk oymaqları və onların sayı (1829-1832)

«Erməni Vilayəti»ndə köçəri Türk oymaqları və onların sayı (1829-1832)






Rusiyanın Qafqaz canişini Qraf İ. F. Paskeviçin göstərişi ilə 1829—1832-ci illərdə yeni fəth edilmiş Naxçıvan və İrəvan xanlıqlarının coğrafi araşdırması ilə məşğul olmuş tarixçi və etnoqraf alim İvan Şopen bu ərazidə yaşayan köçəri Türk tayfaları ilə bağlı məlumat vermişdir. İvan Şopenin qeyd etdiyi həmin köçəri tayfalarımızın siyahısı:


Bayat eli ― Səfəvi sülaləsi şahları zamanında İranda Bayat soyundan 40 min alaçıq və ya ailə vardı. Erməni Vilayətindəki Bayatların çoxusu Hacı-Bəyli tirəsinə aiddir.


Qacar eli ― Qacarlar Bayatlardan sonra Erməni Vilayətində Müsəlmanların ən önəmli soyunu təşkil edirlər. Sonuncu İrəvan Sərdarı və onun məmurları da bu tayfadan idilər.


Qazaxlı eli:

Qarapapaqlı ― 840 ailədə 4,619 nəfər.
Böyük Çobanqara ― 159 ailədə 988 nəfər.
Saraşlı ― 90 ailədə 541 nəfər.
Dəmirçili ― 31 ailədə 228 nəfər.
Kərimbəyli ― 55 ailədə 357 nəfər.
Qafarlı ― 98 ailədə 652 nəfər.
Şeyxlər ― 34 ailədə 232 nəfər.
Qarabağlı ― 12 ailədə 68 nəfər.
Cəfərli (Qafarlılardan) ― 16 ailədə 82 nəfər.
Əli Şərurlu ― 12 ailədə 75 nəfər.
Gödəkli (Kərimbəyli) ― 24 ailədə 158 nəfər.
Cəmilli ― 10 ailədə 65 nəfər.
Çaxırlı ― 57 ailədə 308 nəfər.
Körkübaşlı ― 13 ailədə 72 nəfər.


Ayrumlu eli:

Ayrumlu ― 631 ailədə 3,484 nəfər.
Seyidli-Axsaqlı ― 311 ailədə 1,754 nəfər.
Taşanlı ― 124 ailədə 565 nəfər.
Səədli ― 160 ailədə 565 nəfər.


Muğanlı ― Erməni Vilayətində bunlardan 200 ailə qalmış və başlıca olaraq burada Karbi-Basar Mahalında yaşayırlar.


Şahdilli (Qacar) ― 164 ailədə 959 nəfər.
Sədərəkli (Qacar) ― 149 ailədə 940 nəfər.

Şahdililər və Sədərəklilər, Tatar mənşəli digər iki topluluq, çox güman Qacar tayfasındandırlar, Vedi-Basar Mahalında yurd salıblar, birincisi Vedi-Uliya (Böyük Vedi) kəndində, ikincisi Qafan Dərəsinin yuxarısında Sədərək kəndində.


Qara-Qoyunlu ― 15-ci yüzilin başlanğıcında Ağ-Qoyunlularla qarşıdurmaları ilə İranda və Kiçik Asiyada onca qan tökmüş Qara-Qoyunlu soyundandırlar.


Kəngərli ― 1,533 ailədə 6,473 nəfər.
O cümlədən,
Şəhərdə ― 411 ailədə 1,694 nəfər.
Əyalətdə ― 1,022 ailədə 4,779 nəfər.

Kəngərlilər bir çox tirəyə bölünürlər, onlardan başlıcaları bunlardır: Yurdçu, Qızıllı, Sarbanlar, Xalxallı, Pir-Həsənli, Salahi, Ağabəyli, Göyəm, Qarabəylər, Cağatay, Qaraxan, Hacılar, Cəmşidli, Billici, Qızıl-Qışlağı, Qurtlar, Qara-Dolaqi, Şabanlı, Kəlfir, Didavarlı, Bolqarlı, Kürd-Mahmudlu, Əliyanlı, Ziyadlı Bərgüşadlı.







İvan Şopen ― Erməni Vilayətinin Rusiya İmperiyasına birləşməsi dövründəki vəziyyətinin tarixi yadigarı (1852) [Rusca]
______________________________________________________



Fransız əsilli Rus tarixçisi, etnoqrafı və dövlət xadimi olmuş İvan Şopen, Qafqaz Canişini Qraf İvan Paskeviçin göstərişi ilə 1829−1832-ci illər arasında yenicə işğal edilmiş İrəvan və Naxçıvan xanlıqlarını tədqiq etmiş və yuxarıda adı çəkilən kitabı yazmışdır. “Erməni Vilayəti” deyilən yer, 1828-ci ildə işğaldan dərhal sonra Rusiyanın İrəvan və Naxçıvan xanlıqları ərazisində Ermənilər üçün yaratdığı ərazi vahidinin adıdır, daha sonra 1840-cı ildə bu vilayət ləğv edilmişdir. Müəllif “Tatarlar” olaraq biz Türkləri nəzərdə tutur, o zaman Rusiyada bütün Türklərə “Tatar xalqları” deyirdilər.

1 yorum:

  1. Qara-Qoyunlu ― 15-ci yüzilin başlanğıcında Ağ-Qoyunlularla qarşıdurmaları ilə İranda və Kiçik Asiyada onca qan tökmüş Qara-Qoyunlu soyundandırlar.
    Muahahaha

    YanıtlaSil