1 Eylül 2014 Pazartesi

Dəyişən nədir?

Dəyişən nədir? 





«Qafqaz Tatarları özlərini Çingiz Xan və Əmir Teymur ordalarının törəmələri sayırlar; onlar daim bu ordaların əzəmətli qüdrətini və onlara tabe olmuş nəhəng əraziləri xatırlayırlar.»



Gustave Theodor Pauly — «Description ethnographique des Peuples de la Russie» (1862)
_______________________________________________________________


Bu sözlərin müəllifi Alman əsilli Rus etnoqrafı Gustave Theodor Paulydir. Yuxarıda adı çəkilən kitab 1862-ci ildə Rus dövlətçiliyinin 1000 illiyi münasibətilə Rus Çarı II Aleksandra ithaf edilərək hazırlanmışdır. Kitabın hazırlanmasında dövrün ən qabaqcıl Rus alimləri iştirak etmişlər. Burada “Qafqaz Tatarları” deyilərkən Azərbaycan Türkləri nəzərdə tutulmuşdur. Yüz il yarım bundan qabaqkı Azərbaycan Türklərinin öz keçmişləri və əcdadları barədə əks edilmiş fikirləri bu gün bizim üçün ibrətamizdir. Göründüyü kimi, Stalinizmdən öncəki Azərbaycan Türklüyü öz soy-kökünü Asiyadan qopub gəlmiş Türk və Moğul işğalçı/fatehlərinə söykəyirdi. Stalinizmin qurbanı olaraq yetişmiş müasir Azərbaycan toplumu isə əcdadlarının Varaz Trdatlar, Moisey Kağankatvatsilər, Papak Xorramdinlər, Zərdüştlər, Albanlar, Atropatenalılar kimi tarixin heç bir dönəmində üzlərini belə görmədiyimiz, rastlaşmadığımız, adlarını belə Stalinə qədər tanımadığımız, daim fateh ordularının atları altında əzilmiş, yenilmiş bu əcaib xalqlar olduğunu düşünür. Asiya ordalarının soyundan törədiyini unutmayan və bundan qürur duyan birinci dönəm nəsil bir zamanlar bütün Orta Doğunu fəth etmiş, Bizansı diz çökdürmüş, paytaxtını paytaxt etmiş, Dehlini fəth etmiş, İrana 1000 il boyunca hökm etmişdi. Stalinizmin məhsulu olan ikinci dönəm nəsil isə Erməninin qorxusundan Yevlaxa qədər qaçan, torpağını alver masasında qaytarmaq istəyən, Rusa Ermənidən daha çox yaltaqlanarsa torpaq payı alacağına uşaqcasına inanan qorxaq və rəzil bir nəsildir. Fərq nədədir? Biz axı elə həmin insanlarıq, bu yüz-yüz əlli ildə qanımızda ciddi bir dəyişiklik olmayıb, qan həmin qan, insanlar həmin insanlar, amma beyinlər fərqlidir, çünki aldığımız tərbiyə fərqlidir, örnək götürdüyümüz, soyumuzu söykədiyimiz əcdadlar fərqlidir və sonucu da fərqli olmalıdır. Fatehdən fateh törəyər, məzlumdan məzlum. Biz ya fatehlərdən, işğalçılardan törədiyimizi etiraf edib tariximizin haqqını verib, gələcəyə qürurlu və məğrur millət kimi davam edəcəyik, ya da məzlumlardan törədiyimizə aldanıb elə indiki kimi məzlum, əzik, cılız bir kütlə kimi qalacağıq.

Hiç yorum yok:

Yorum Gönder