Adam Oleariusun qeydlərində Şabranda Padar Türkləri, 1638-ci il
______________________________________________________
Alman səyyahı və alimi Adam Olearius 1633−1639-cu illər arasında Friedrich III von Schleswig-Holstein-Gottorf tərəfindən Səfəvilərə göndərilən elçi heyətinin tərkibində bölgəyə səfərdə bulunmuşdur. Oleariusun səfər qeydləri Almaniyaya qayıtdıqdan bir neçə il sonra, ilk olaraq 1647-ci ildə, daha sonra özünün redaktəsi ilə 1656-cı və nəhayət 1663-cü ildə çap edilmişdir. Adam Oleariusun kitabından götürülmüş yuxarıdakı parçada bizim üçün maraqlı olan, müasir Dəvəçi/Şabran ərazisinə uyğun gələn bu yerlərdə Padar Türk oymağının yurd tutmasının təsbit edilməsidir.
Hiç yorum yok:
Yorum Gönder