7 Eylül 2014 Pazar

Marağa Atabəyi Ağsunqur əl-Əhmədili

Marağa Atabəyi Ağsunqur əl-Əhmədili

(ö. 527/1133)

Rəvvadi xanədanından olan və Azərbaycanda Marağa ilə çox güman digər bəzi yerləri idarə etmiş Səlcuqlulara bağlı İbrahim oğlu Əmir Əhmədilin məmlükü





Əhməd Kəsrəvi, Ağsunquru Əhmədilin oğlu olaraq göstərmiş, eyni xəta Z. Vəlidi Toğan tərəfindən də təkrarlanmışdır. Ağsunqur, ağasının Bağdadda Batinilər tərəfindən öldürülməsi üzərinə (509/1116) onun sahib olduğu yerləri əl keçirdi və Rəvvadi xanədanına son verdi. Sahib olduğu bəzi məziyyətlər və əsgərlərinin çoxluğu sayəsində siyasi baxımdan güc qazanan Ağsunqur, Sultan Mahmud tərəfindən oğlu və vəliəhdi Davuda atabəy təyin edildi.

Ağsunqur, Sultan Mahmudun ölümü və yerinə qardaşı Toğrulun keçməsi üzərinə (1132), böyük əmirlərdən Yarınquş əz-Zəkəvi və aralarında əski Fars hakimi Qaracanın iki oğlunun da bulunduğu bəzi kimsələrlə birlikdə taxtı əldə etmək üçün Davudu hərəkətə keçirdi. Fəqət iki tərəf arasında meydana gələn savaşda Davudun qüvvələri yenildi; Davud, Ağsunqur tərəfindən savaş meydanından uzaqlaşdırıldı (1132). Davudun uğursuzluğu üzərinə Toğrulun qardaşı Məsudun xidmətinə girən Ağsunqur, Toğrulun üzərlərinə yürüdüynü xəbər aldıqda Məsud ilə birlikdə Bağdada çəkildi. Daha sonra hazırlıqlarını tamamlayaraq Məsud ilə bərabər Azərbaycana qayıtdılar. Toğrulun Azərbaycanda naib olaraq qoyduğu Qarasunqur onlara qarşı dura bilməyəcəyini görərək Zəngana çəkildi. Toğrulun əmirlərindən Eynüddövlə Xarəzmşah ilə Bulaq Ərdəbilə, Hacib Tatar da Urmiya Qalasına sığındılar. Ərdəbili mühasirə edən Məsud ilə Ağsunqur, üzərlərinə yürüyən Qarasunquru şəhər önlərində darmadağın edərək Ərdəbili ələ keçirdilər. Ardınca qarşılarına çıxan Toğrulu da yendilər və beləcə Reyə çəkilən Toğrulun yerinə Məsud Həmədanda taxta çıxdı. Ancaq bu əsnada Ağsunqur, Batinilər tərəfindən Həmədan yaxınlarında Qarategin çəmənliyində öldürüldü.

Ağsunquru Məsudun öldürtdüyünə dair İbnü’l-Əsirin qeyd etdiyi rəvayəti, Məsudun ona olan ehtiyacı göz önünə alındıqda, qəbul etməyə imkan yoxdur. Buna qarşılıq Toğrulun, vəziri Dərgüzini tərəfindən öldürülmüş olması qəbul edilə bilər. Ağsunqurun öldürülməsi üzərinə ən güclü dayağından məhrum qalan Məsudun, taxtı qardaşı Toğrula buraxaraq Bağdada getməsi də bununla yaxından bağlıdır.

Ağsunqurun Səlcuqlu tarixindəki rolu, Rəvvadi xanədanına son verib yerinə öz xanədanını oturtmuş olmasıdır. Ağsunqurun oğlu və nəvələri, Marağa ilə digər bəzi şəhərləri atabəy ünvanı ilə uzun sürə idarə etmişdirlər. Bu nədənlə Ağsunqur xanədanına Marağa atabəyləri adını vermək yerində olar.


___________________________________
Faruk Sümer

Hiç yorum yok:

Yorum Gönder