7 Eylül 2014 Pazar

Səlcuq öncəsi Türk əmirlərindən Arslan əl-Bəsasiri

Səlcuq öncəsi Türk əmirlərindən Arslan əl-Bəsasiri

Əbü’l-Haris Arslan b. Abdillah əl-Müzəffər (ö. 451/1060)

Büveyhilərin son dövründə yaşamış bir Türk sərkərdəsi




İlk ağasının Fars bölgəsindəki Bəsa (Fəsa) şəhərindən olması nədəniylə Bəsasiri nisbəsini almışdır. Büveyhi əmirlərindən Bəhaüddövlənin azad edilmiş qulamı olmaqla bərabər əsas şöhrətini Cəlalüddövlə çağında qazanmışdır. Büveyhi Əmiri əl-Məlikü’r-Rahim Xosrov Firuz zamanındakı (1048 – 1055) qarışıqlıqlar əsnasında əmin-amanlığın və sakitliyin təmin edilməsində önəmli rol oynadı və Bağdad hərbi valiliyinə təyin edildi. Bəsasirinin güclü bir müxalifi olan Abbasi Vəziri Rəisürrüəsa İbnü’l-Müslimə, Toğrul Bəy ilə əlaqə saxlayırdı. Bəsasiri onu Toğrul Bəyə bağlı Oğuzlarla iş birliyi etməklə suçlayırdı. Vəzir isə Bəsasirini Fatimi Xəlifəsi Müstənsir-Billah adına fəaliyyətdə bulunmaqla ittiham edərək onu ordudakı Türklərin və Xəlifə əl-Qaim Biəmrillahın gözündən salmağa müvəffəq oldu. Bu sırada Xəlifə Qaim-Biəmrillahın dəvətini qəbul edən Toğrul Bəy, görünüşdə həcc fərzini yerinə yetirmək, əslində isə Suriya və Misirə hakim olan Fatimi Dövlətini aradan götürmək qayəsi ilə Bağdada gəldi (18 Dekabr 1055). Bəsasiri şəhərdən uzaqlaşıb Hillə Əmiri Dübeysin yanına sığınmaq məcburiyyətində qaldı; çox keçmədən də oradan ayrılaraq Rəhbəyə getdi və Fatimilərdən yardım istədi. Fatimi xəlifəsi ona Rəhbə valiliyini verərək hərbi yardım göndərdi. Bəsasiri bundan sonra Səlcuqlularla mübarizəyə girişdi və Məzyədilərdən Dübeys b. Əli ilə birlikdə hərəkətə keçərək Qutalmış və Mosul hakimi Qüreyşin başçılığındakı bir ordunu Sincarda məğlub etdi (9 Yanvar 1057). Daha sonra Mosulu da ələ keçirərək xütbəni Fatimi Xəlifəsi Müstənsir-Billah adına oxutdu. Toğrul Bəy buna qarşılıq verməkdə gecikmədi; 19 Yanvar 1057-də Bağdaddan ayrılaraq Mosul üzərinə yürüdü və şəhəri zəbt etdi (May 1057).
Bəsasiri isə Rəhbəyə çəkildi. Digər yandan Səlcuqlu taxtını ələ keçirmək istəyən İbrahim Yınal da bəsasiri ilə iş birliyi edərək Fatimilərin dəstəyini aldı. Toğrul Bəyin Bağdaddan ayrılması üzərinə Bəsasiri Bağdada girərək xütbəni Fatimi Xəlifəsi Müstənsir-Billah adına oxutdu (Yanvar 1059). Abbasi Xəlifəsi Qaim-Biəmrillah və vəziri İbnü’l-Müslimə, o ərəfədə Bəsasirinin müttəfiqi olan Ukayli Əmiri Qüreyşin himayəsinə keçdilər. Qüreyş xəlifəni, Fərat üzərindəki Hadisətü Ânə Qalası hakimi olan yegəni Müharişin yanında qoymağı uyğun gördü. Bəsasiri İbnü’l-Müslimənin ona təslim edilməsində israr etdi və onu qorxunc işgəncələrlə öldürtdü (29 Zilhiccə 450/16 Fevral 1059). Daha sonra Vasit və Bəsrəni də ələ keçirdi.

Bəsasirinin çox keçmədən Fatimilərlə arası dəydi. Bu arada Toğrul Bəy də İbrahim Yınala qarşı böyük bir zəfər qazandı (İyul 1059). Səlcuqluların istəyi üzərinə Xəlifə Qaim-Biəmrillah, Mühariş tərəfindən Bağdada göndərildi. Daha öncə, adına xütbə oxudub pul kəsdirməsi və Qaim-Biəmrillahı yenidən vəzifəsinə geri qaytarması şərti ilə Bağdadda qalması üçün Toğrul Bəyin ona etdiyi təklifi rədd edən Bəsasiri, onun Bağdada hərəkətini öyrəndikdə şəhəri tərk edib (14 Dekabr 1059) Dübeysin yanına sığındı. Xumar Tegin Tuğrainin idarəsindəki Səlcuqlu atlıları Bəsasirinin arxasınca yetişdilər. Edilən şiddətli savaşda Bəsasiri ələ keçirildi və Kufə yaxınındakı Səqyülfüratda öldürüldü (11 Zilhiccə 451/18 Yanvar 1060).



_________________________________________
Erdoğan Merçil

Hiç yorum yok:

Yorum Gönder