13 Eylül 2014 Cumartesi

İranda köçəri Türk tayfalarının siyahısı (1856)

İranda köçəri Türk tayfalarının siyahısı (1856)







1) Avşar:
Qasımlı, Ərəşli ― Azərbaycan, Xuzistan, Kirman, Xorasan və Mazandaran. Özəyi Urmiyadadır ― 90,000 nəfər.


2) Qacar:
Qavallu, Dəvəli, Xiyaqlı, Dabanlı, Suçanlı, Kerli, İzzəddinli ― Astarabad, Mazandaran, Xorasanda Mərv və b. ― 50,000 nəfər.

3) Müqəddəm ― Azərbaycanda Marağa ― 8,000 nəfər.

4) Türkman:
Türkman-i QədimTürkman-i Cədid ― Azərbaycan, İraqda Həmədanda, Farsda Kazerun yaxınlığında ― 30,000 nəfər.

5) Talış ― Mazandaran və Gilan ― 20,000 nəfər.

6) Bayat:
Qara BayatAğ Bayat ― Azərbaycan, Tehran, Nişapur (Xorasanda), Fars və b. ― 20,000 nəfər.

7) Şahsevən ― Ərdəbil və Rey ətrafında ― 20,000 nəfər.
8) Cəlayir ― Xorasanda Kəlat (sayı bilinmir) ― 10,000 ? nəfər.
9) Farsi-Mədanlı ― Farsistan ― 10,000 nəfər.
10) Qocavənd ― Gilan və Mazandaran ― 5,000 nəfər.
11) Qaraçorlu ― Azərbaycan, Xorasan və b. ― 12,000 nəfər.
12) Eynallı ― 5,000 nəfər.
13) Bəydili ― Azərbaycan ― 5,000 nəfər.
14) Kürd-Beçə ― İraq-i Əcəm və Azərbaycan ― 6,000 nəfər.
15) Abdul-Məliki ― Mazandaran və Gilan ― 6,000 nəfər.
16) Rəhimli ― 3,000 nəfər.
17) Nəzər-Bəşarlı ― Fars ― 15,000 nəfər.
18) Xudabəndəli ― 6,000 nəfər.
19) Hacılar ― Mazandaran ― 5,000 nəfər.
20) İmranlı ― Mazandaran ― 4,000 nəfər.
21) Qara İmranlı ― İsfahan ətrafında ― 3,000 nəfər.
22) İmvarlı ― Qəzvin ərazisində ― 5,000 nəfər.
23) “Ousterjarlou” (Ustacalı?) ― Azərbaycan ― 3.000 nəfər.
24) Sarıcalı ― Azərbaycan ― 5,000 nəfər.
25) Xan-Çobanlı ― Azərbaycan ― 10,000 nəfər.
26) Cavanşir ― Azərbaycan ― 8,000 nəfər.
27) Qoyunlu ― Azərbaycan ― 8,000 nəfər.
28) Xələc ― Azərbaycan ― 8,000 nəfər.
29) Seyidli ― Gilan ― 5,000 nəfər.
30) Bülverdi ― Farsistan ― 5,000 nəfər.
31) Qaşqay ― Farsistan ― 15,000 nəfər.
32) Kürd ― İraq, Fars və Mazandaran ― 4,000 nəfər.
33) Əcirli ― İsfahanın quzeybatısında ― 6,000 nəfər.
34) Dümbüllü ― Xoy və Salmas ətrafında ― 70,000 nəfər.
35) Qara-Gözlü ― Həmədan ətrafında ― 15,000 nəfər.

Bunlardan başqa ən azı daha iyirmi-otuz tayfa var, onların da sayı bu qədər təxmin edilir... ― 125,000

TOPLAM: 60-dan çox köçəri Türk tayfasında 625,000 nəfər əhali.

______________________________________________________
Conrad Malte-Brun — Géographie complète et universelle. Nouvelle édition. Tome II (1856). Səhifə 570-571.







Conrad Malte-Brun (1775 – 1826) Danimarka əsilli Fransız coğrafiyaçısı və jurnalistidir. 1822-1824-cü illərdə yeni yaradılmış Coğrafiya Cəmiyyətinin baş katibi olmuşdur. Malte-Brunun ən önəmli əsəri ümumdünya coğrafiyasına həsr edlmiş, 1810-1829-cu illər arasında hazırlanmış "Précis de géographie universelle" adlı 8 cildli təməl əsərdir. Özü kitabın tamamlanması üzərində çalışarkən 1826-cı ildə vəfat etdiyindən, əsərin son iki cildi başqa müəllif tərəfindən tamamlanmışdır. Kitab bir neçə dəfə çap edilmişdir, bizim istifadə etdiyimiz, 1856-cı ildə yeni redaktə ilə çap edilmiş versiyasıdır. Tayfalarımıza aid bilgilərə baxdıqda, başlıca olaraq başqa bir Fransız, Adrien Duprénin "Voyage en Perse: Fait Dans Les Années 1807, 1808 Et 1809" (1819) kitabından qaynaq kimi yararlanıldığı görünür. Bir çox hallarda tayfaların əhali sayı da hər iki müəllifdə bir-birinə çox yaxındır. Bu isə, nəşrin 1856-cı ilə aid olmasına baxmayaraq, buradakı rəqəmlərin əslində ən azı yarım əsr öncəyə aid olması deməkdir. Verilən tayfa siyahısında müəyyən nöqsanlar (etnik qrupların qarışdırılması kimi) olsa da, tarixi-etnoqrafik material kimi bizim üçün çox dəyərlidir.

Hiç yorum yok:

Yorum Gönder