1 Eylül 2014 Pazartesi

Gəncədən Mərvə 177 illik macəranın son səhifəsi ― Bayram Əli Xan Qacar

Gəncədən Mərvə 177 illik macəranın son səhifəsi ― Bayram Əli Xan Qacar





Bayram Əli Xan (? – 1786), Mərv əmiri (1782 – 1786). Atası, I Abbasdan bəri Mərvdə hökm sürmüş Qacar ailəsinin İzzəddinlü qolundan idi; anası Salır Türkmən qəbiləsinə mənsub idi. Özünün də, Türkmənlər arasında tayı-bərabəri olmayan şücaət sahibi bir döyüşçü olaraq, şöhrət qazanmış olduğu söylənir. Buxaralı Murad-Biyə (Şah Məsum) qarşı bir savaşda, qorxusuzca atılqanlığı üzündən, pusquya düşmüş və döyüşərək ölmüşdür; başı Buxaraya gətirilmiş və siyasət meydanında nümayiş etdirilmişdir. İkinci oğlu Məhəmməd Kərim Mərvdə onun xələfi oldu. Özünü elmə həsr etmiş və zamanın Əflatunu (Əflatun-i vaqt) şöhrətini qazanmış olan böyük oğlu Məhəmməd Hüseyin, Məşhəddə qaldı.

Əski Mərv xarabalığının güney qismində bulunan və V. Jukovskiy tərəfindən də, bu ərazidə mövcud ən əski bir bina olaraq, qeyd edilmiş olan kiçik bir qala (təqribən 800 m. uzunluğunda və 550 m. enində), Bayram Əli Xan adını daşımaqdadır. Geniş anlamda Bayram Əli adı ilə, özəlliklə əski Mərv xarabalığı nəzərdə tutulur və eyni ad, xarabalığın ətrafında bulunan dəmir yolu stansiyasına da verilirdi.



W. Barthold
______________________________________________________

«Məhəmməd-Sadiq Mərvəzinin sözlərinə görə, Şah Abbas Mərvi Nur-Məhəmməddən alaraq, oraya Xorasanın, AZƏRBAYCANIN, GƏNCƏNİN başqa yerlərindən tayfalar gətirdi və Qacarlardan orada İZZƏDDİNLÜ obasını məskunlaşdırdı» [В. А. Жуковский. Развалины Старого Мерва (1894-cü il), səhifə 78.]

Həmin İzzəddinlü obası da Osmanlıların Gəncədə 1593-cü ildə keçirdikləri təhrir zamanı göstərilmişdir. Bu barədə ayrıca paylaşımımız olacaq, orada göstəriləcək.

Beləliklə, Şah Abbasın 1609-cu ildə Mərv şəhərinə təyin etdiyi ilk Qacar hökmdarı Mehrab-Xan İzzəddinlü-Qacar Gəncədəki həmin İzzəddinlü obasından olub və bu nəsil Mərvdə ta 1786-cı ilədək, sonuncu hökmdar Bayram Əli Xan İzzəddinlü-Qacar döyüşdə öldürülənədək 177 il boyunca sürmüşdür.

Hiç yorum yok:

Yorum Gönder