Qarabağın Cavanşir eli
Yağlavənd Oymağı: Bu oymaq eyni adı daşıyan dörd obaya ayrılmışdı. Obalar, Dizaqda Köndələnçay qırağında əkinçilik edər, Arasbar Sancağında Kür çayının qırağında Xanarxı, Oxçulu Təpə, Ağbayır, Kəlçi, Çoban, Bəyli, Kamalkənd Aral və Həsikörpüdə qışlayar, İrəvan sərhədində Kilsəligədik, Zilxaç, Pərixan, Yaxınlı və Güneydə yaylayardılar.
Mafruzlu Oymağı: Bayatda Lətan arxının qırağında əkinçilik edər, İrəvanda yaylağa qalxardılar.
İbadi Oymağı: Bayatda Üzərlik çayının qırağında əkinçilik edər, Əlibəy çayının qırağında Əli Fəxrəddinlidə qışlayar, İrəvanda Yıxılmışda yaylayardılar.
Sofulu Oymağı: Xaçında Tərnəkirtdə əkinçilik edər, Mahur Dağının ətəyində qışlayar, İrəvanda Qızıltəpədə yaylayardılar.
Dədəli Oymağı: Dizaqda Qurtaracağı, Köndələn çayının qırağında əkinçilik edər, Arasbarda Xanarxı qırağında qışlayar, İrəvan sərhədində Ayrıdərə və Sarıyarda yaylayardılar.
Tamatlı Oymağı: Dizaqda Köndələn, Sofi Həsən və Arasbarda Soyuqaş və Sarıcan çaylarının qırağında əkinçilik edər, İrəvanda Yıxılmışda yaylağa qalxardılar.
Gecəgözlü Oymağı: Yağlavənd Oymağının obalarından idi. İrəvnda Kəşəgündə yaylayar, Arasbarda Xanarxında qışlayar, Dizaqda Köndələn çayından ayrılan Çərəkən arxının qırağında əkinçilik edərdilər.
Seyid Əhmədli Oymağı: Yağlavənd Oymağının obalarından idi. Dizaqda Köndələn çayının qırağında əkinçilik edər, Arasbarda Xanarxında qışlayar, İrəvan sərhədində Kilsəgədikdə yaylağa qalxardılar.
Qarıbənd Oymağı: İki ayrı oba halında yaşardılar. Bir oba, Arasbarda Balağan və Qələmədə qışlayar, İrəvanda Yıxılmışda yaylayardı. Digər oba, Dizaqda Şahbad arxının qırağında əkinçilik edib, Yüzbaşıda qışlayıb, İrəvanda Zilxaç, Kilsəqayası və Ağtəpədə yaylağa qalxardılar.
Köçərili Oymağı: Bu oymaq, eyni adı daşıyan üç obaya ayrılmışdı. Obalar, Dizaqda Lələli, Soyuqaş, Doqquzpərçim, Kəlli, Zəvicik, Quru və Çərəkən çaylarının qırağında və Tülyan, Çərəkən, Qaradağlı, Köndələn və Ərşə adlı qışlaqlarda əkinçilik edər, İrəvanda Börk və Yıxılmışda yaylayardılar. Oymağa bağlı obalardan biri Qarabağa tabe idi.
Bəhmənli Oymağı: Ləmbəranda qışlayar, İrəvanda Yıxılmışda yaylayardılar.
Dəmirli Oymağı: Arasbarda qışlayar və əkinçilik edər, Naxçıvanda Bazarçayda yaylağa qalxardılar.
Seyid Məmmədli Oymağı: Arasbarda qışlayıb, Naxçıvanda Sisyanda yaylayardılar. Dizaqda Gülbar çayının qırağında əkinçilik edərdilər.
Sabir Oymağı: Vərəndədə Qaraçuqda qışlayıb, İrəvanda Zilxaçda yaylayıb, Bayatda Həsənəkən çayı qırağında əkinçilik edərdilər.
Göyəhməd Oymağı: Dizaqda Çərəkəndə qışlayar, İrəvanda Yıxılmışda yaylayardılar. Çərəkən, Xatunabad, Kiçik Daban çaylarının qırağında əkinçilik edərdilər.
Şeyxbabalı Oymağı: Bayatda Qaraxan və Quttəpədə qışlayar, İrəvanda Qızıltəpə Yamacı və Axurkidə yaylağa qalxar, Keştəkdə Kələkiarx çayının qırağında əkinçilik edərdilər.
Sarıcalı Oymağı: Qarabağ əhlindən olub, Xaçında Tərnəkirtdə qışlayar, Quşdaş/Torpaq Bulaqda yaylayar, Bayatda Doğalan və Zəliyan çaylarının qırağında əkinçilik edərdilər.
Qaraburunlu Oymağı: Qarabağa tabe olan bu oymaq, Dizaqda Qızoğlunda əkinçilik edər, Şıpartu və Camalabadda qışlayar, İrəvanda Muxur və Börküdə yaylağa qalxardılar.
Namlı Oymağı: Arasbarda Soyuqaş və Donqud kəndlərində qışlayar və əkinçilik edərdilər.
Seyid Mahmudlu Oymağı: Arasbarda Çayırlı kəndində qışlayar və əkinçilik edərdilər.
Molla Fazilli Oymağı: Arasbarda Qaşqa, İncili, Gəlinçi və Çobanbəyli kəndlərində qışlayar və əkinçilik edərdilər.
Bundan başqa Tiflis vilayətinin Baydar nahiyəsində Cavanşir Pəhlivanlı adlı bir oymaq yaşamaqda idi.
Azərbaycanda 19-cu yüzilin başlarında 12 min ailə Cavanşir Tərəkəməsi vardı.
Hiç yorum yok:
Yorum Gönder