14 Eylül 2014 Pazar

Hacı Əlililər

Hacı Əlililər








Hacı Əlili, İran Azərbaycanının Türk tayfasıdır. Onun başlıca qolu Vərziqan və Əhərin quzeyində, Qaracadağda (Arazbaran) yaşayır; digər bir qolu Marağa yaxınlığında yurd salıb. 1960-da, hər iki qol hələ  köçəri idi. Qaracadağ Hacı Əlililərinin yaylaqları Dizmar və Üzümdil mahallarında (dehistan) idi; onların qışlaqları Keyvan və Gərmədüz mahallarında idi. Marağa Hacı Əlililərinin yaylaqları Səhənd dağında idi; qışlaqları Urmiya gölünün gündoğu yaxasında, Gögandan (Azərşəhrin quzeybatısı) Cığatı (Zərrinərud) çayının deltasına qədər idi. Qaracadağ Hacı Əlililərinin tirələri bunlardır: Qaraxanlı, Tərəkəmə, Yağbastılı, Müqəddəm, Özbək Müqəddəm, Gəncəli, Qarabağlı, Çarıxlı, Mədədli, Pir Əlili, Zeynbəyli, Kəngərli və Qaradağlı. Marağa Hacı Əlililərinin tirələri bunlardır: İnallı, Zərgər, Yağbastılı və Duşmallı. Ledi Şeylə əsasən, Hacı Əlililər 1849-cu ildə 800 ailədən ibarət idi.

13 Eylül 2014 Cumartesi

İranda köçəri Türk tayfalarının siyahısı (1856)

İranda köçəri Türk tayfalarının siyahısı (1856)







1) Avşar:
Qasımlı, Ərəşli ― Azərbaycan, Xuzistan, Kirman, Xorasan və Mazandaran. Özəyi Urmiyadadır ― 90,000 nəfər.


2) Qacar:
Qavallu, Dəvəli, Xiyaqlı, Dabanlı, Suçanlı, Kerli, İzzəddinli ― Astarabad, Mazandaran, Xorasanda Mərv və b. ― 50,000 nəfər.

3) Müqəddəm ― Azərbaycanda Marağa ― 8,000 nəfər.

Gəncə bölgəsi Oğuz-Türkmən ulusları (1593)

Gəncə bölgəsi Oğuz-Türkmən ulusları (1593)




Gəncə bölgəsində 1593-cü ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Türkmən ulusları və onların tayfa tərkibi:

1) Taife-i ulusât-i Yigirmidörtlü an sâkinân-i qəzâ-i Bərdə və qayrihu an havâss-i hümâyûn ― Yasavullu, Pəyrə Mahmudlu, Alişarlu, Tubilü, Sarı Hacılu, Tüllü, Bəxtiyarlu, Dədəxəlillü, Toxacılu, Gökçəkli, Zənd, Varvan, Dərəbəglü, Kürəhmədlü, Seydi Zənk, Alpavud, Yürəki, Baxşayışlu.

Quzey Azərbaycanda Bayatlar (1727)

Quzey Azərbaycanda Bayatlar (1727)





Bayat, İran, İraq və Türkiyə coğrafiyalarına yayılmış, Çingiz Xan çağında Azərbaycana köç etmiş Oğuz boylarından biriydi. Bir bölümü də Anadolu və Suriyaya keçmişdi. Teymur, bir qisim Bayat oymaqlarını Şamdan qaldıraraq, öncə Diyarbəkirə, oradan da Azərbaycana gətirib yerləşdirdi. 16-cı yüzildə Ağqoyunlu siyasəti və ardından Səfəvi dövlətinin quruluşu üstünə quzey Suriyadan köç edən bəzi Bayat oymaqları da Azərbaycana köç etdilər. Səfəvi şahları da, onları Mazandaran, Tehran və Xorasana köç etdirib, buralarda məskun etdilər. Bayatlar Azərbaycanda Gəncə, Bərdə, Quba, Şamaxı, Qarabağ və Maku çevrəsində yaşayırdılar. Maku xanlarının bir qismi bu Bayatlardan idi. 1593-də Xaçın qəzasının Çelaberd nahiyəsində yaşayan bir bölük Şam Bayadı bulunmaqdaydı. 1727-də də Bərdənin bu boydan adını almış nahiyəsi və bir obası ilə Ağcabədi obasında oturaq həyat sürürdülər. Anadolu Bayatlarının iki önəmli təşəkkülü olan Reyhanlu və Quzugüdənlü oymaqları da Azərbaycanda yaşamaqdaydı.

12 Eylül 2014 Cuma

Padarlar

Padarlar




Padarlar Səfəvilər tərəfindən İrandan köçürülmüşlər və Ləzgiləri itaətə gətirmək üçün onlara yaxın bölgələrdə yerləşdirilmişlər. Padarları Ləzgilər «kürə» adlandırmışlar və onlar tədricən bütün ölkəyə yayılmış və hal-hazırda aşağıdakı obalarda yaşayırlar:

10 Eylül 2014 Çarşamba

Borçalı ― Kəpənəkçidən milli geyimdə Türk xanımı (1912-1913)

Borçalı ― Kəpənəkçidən milli geyimdə Türk xanımı (1912-1913)


«Erməni Vilayəti»ndə köçəri Türk oymaqları və onların sayı (1829-1832)

«Erməni Vilayəti»ndə köçəri Türk oymaqları və onların sayı (1829-1832)






Rusiyanın Qafqaz canişini Qraf İ. F. Paskeviçin göstərişi ilə 1829—1832-ci illərdə yeni fəth edilmiş Naxçıvan və İrəvan xanlıqlarının coğrafi araşdırması ilə məşğul olmuş tarixçi və etnoqraf alim İvan Şopen bu ərazidə yaşayan köçəri Türk tayfaları ilə bağlı məlumat vermişdir. İvan Şopenin qeyd etdiyi həmin köçəri tayfalarımızın siyahısı:

7 Eylül 2014 Pazar

Cavad Qəzasında Şahsevən obaları, 1870-ci il

Cavad Qəzasında Şahsevən obaları, 1870-ci il:






Obanın adı — Yurdu — Ailə sayı

1) Xırda-Pay: Muğan Çölünün quzeyində Araz boyunca;
2) Xəlfəli: Muğan Çölünün quzeyində Araz boyunca;
3) Muğanlı: Muğan Çölünün quzeyində Araz boyunca;
Toplam üçü birlikdə — 500 ailə;

4) Poladlı: Araz Çayından Çeyil-Çala dərəsinə gedən axarda, Kalağaylı kəndindən aşağıda — 300 ailə;

Yağısıyan

Yağısıyan

(ö. 491/1098)

Böyük Səlcuqlu Sultanı Məlikşahın öndə gələn sərkərdələrindən




İslam qaynaqlarında Yâğısiyân, Yağısiyân, Batı qaynaqlarında Ağsiyan, Ağusian, Ansian şəklində keçir. Yağısıyan b. Məhəmməd b. Alp ilk dəfə Sultan Məlikşah çağında fərqlənmişdir. Anadolu fatehi I Süleyman Şahın Antakyanı fəthindən (477/1084) sonra Hələb hakimiyyəti üçün Suriya Səlcuqlu Məliki Tutuş ilə etdiyi savaşda həyatını itirməsi üzərinə Məlikşah, bölgəni birbaşa özünə bağlamaq üçün İsfahandan şəxsən Quzey Suriyaya səfərə çıxdığı vaxt Yağısıyan da yanında idi. Hicri Ramazan 479-cu ildə (Dekabr 1086) öncə Hələbi, ardınca Antakyanı təslim alan Məlikşah, Yağısıyanı buraya vali təyin etdi. Yağısıyan daha sonra Fatimilərə qarşı düzənlənən hərəkata qatıldı. Hicri 482-də (1089) Fələstin və Suriyanı geri almaq üçün hərəkətə keçən Fatimilər Sur, Sayda, Beyrut, Əkka kimi sahil şəhərlərini zəbt edərək Dəməşqə uğursuz bir mühasirə girişimində bulundular. Sultan Məlikşahın əmri ilə Hələb Valisi Ağsunqur və Urfa Valisi Bozanla yanaşı Yağısıyan da qüvvələri ilə Tutuşun əmrinə keçdi və onunla bərabər Suriya hərəkatına qatıldı. Ancaq Humus və Ərka Qalasının fəthinin ardınca Trablusşam mühasirəsi əsnasında Tutuş ilə Səlcuqlu sərkərdələri arasında anlaşmazlıq çıxdıqda Fatimilərə qarşı bu mücadilə sürdürülə bilmədi (484/1091).

Gəncə bölgəsində Oğuz-Türkmən tayfalarımız (1593)

Gəncə bölgəsində 1593-cü ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfalarımız






Ahıstabad nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Canpaşalu, Qəzənfərlü, Qalalu, İbrahim Xəlifəlü, Kəsəmənli, Qılıçlu (Avşar), Molla Əhmədlü, Molla Hacılu, Pir Əhmədlü, Peyrəlü, Pir Aslan Xəlifə.

Alpavud nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Eyyublu.

Arasbar nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Qaradağlı Dizaq, Arab-i kiçik, Vəliyüddinlü.

Oğuz qövmü...

«Oğuz qövmünün köçüb, çəkib yürümədiyi yol varmı, evini tutub oturmadığı yurd varmı?»





___________________________________________________

Əbülqazi Bahadur Xan (1603 — 1663), "Şəcəre-i Tərakimə" (Türkmənlərin Şəcərəsi)

Şabranda Padar Türkləri, 1638-ci il

Adam Oleariusun qeydlərində Şabranda Padar Türkləri, 1638-ci il




«Aprelin 3-də biz Şabranadək iki mil getdik və üç kiçik çaydan keçdik. Bu ətraflarda, dağlarda, Padar adlanan tayfa yaşayır; O [tayfa] yaman oğurluq və yağmaçılıqla məşğuldur və iki və ya üç günlük məsafədə ətrafa basqınlar düzənləyir. Gün ərzində onlardan bəziləri, bizim nə dərəcədə güclü olduğumuzu və qorunduğumuzu soraqlamaq üçün burada idilər.»

Yazıçıoğlu Əlinin Səlcuq-nâməsində Oğuz Boyları və Damğaları (1436)

Yazıçıoğlu Əlinin 1436-cı ildə qələmə aldığı "Təvârix-i Âl-i Səlcuq" (Səlcuq-nâmə) adlı əsərində Oğuz Boyları və Damğaları:



Qara-Qoyunlu ulusunun oymaqları

Qara-Qoyunlu ulusunun oymaqları





a) Qara-Qoyunlu oymağı:

Qara-Qoyunlu ulusunu ətrafında toplayaraq onun özəyini təşkil edən Qara-Qoyunlu oymağı, Türk etnologiyasında çox dəfə göründüyü kimi, idarəçi bir rol oynamaq surəti ilə qəbiləvi mahiyyətini itirmişdir. 15-ci və 16-cı yüzillərdə Anadolunun müxtəlif yerlərindəki Qara-Qoyunlu və Qaraca-Qoyunlu kimi adlar daşıyan oymaqların, bu oymaq ilə əqrəba olduqlarına dair dəlillərə sahib olmadığımız kimi, Gündoğu Anadolu və Azərbaycanda bəzi qalıqları zamanımızadək gələn tayfalar ilə bu tarixi oymaq arasında daha çox siyasi bir münasibətin varlığına işarə edə bilər.

Əbdürrəhim Xan Baharlu-Türkman

Əbdürrəhim Xan Baharlu-Türkman

Xan-i Xanan Mirzə Əbdürrəhim Xan (ö. 1627)

Baburlular çağında alim və şairlərin qoruyucusu olaraq şöhrət qazanmış dövlət adamı və sərkərdə



1556-cı ildə Lahorda doğulmuşdur. Qaraqoyunluların önəmli oymaqlarından Baharlu Türkmənlərinə mənsubdur. Atası Bayram Xan, Xan Baba ləqəbi ilə ünlü idi. Bayram Xan, Qucaratın Patan şəhərində bir Əfqan tərəfindən öldürüldükdə, 1562-də Cəlaləddin Əkbərin sarayına aparıldı və orada yetişdi. Cəlaləddin Əkbərin himayəsində uzun sürə Qucaratda bulunan Əbdürrəhim, Səmal Meydan Savaşında başçılığı altındakı Baburlu mərkəz qüvvələri ilə asi Bayqara Mirzəni məğlub etdi. 1576-da Vəzir Xan Herəvinin nəzarətində “mir-i ərzlik”lə Qucarat valiliyinə təyin edildi. Bir sürə Şahzadə Səlimin atalığını etdi; bu arada Qucarat Sultanı III Müzəffərin yola gətirilməsində səyləri göründü. Sarkiç və Nadot zəfərlərindən sonra da atası kimi “xan-i xanan”lığa yüksəldildi. 1588-də Kanpur, 1591-də Multan valiliklərində bulundu və Sindin Arğunlu hakimi Canıbəg məsələsinin həll edilməsində önəmli rol oynadı. Nurəddin Cahangir çağında (1605 – 1627) Şahzadə Xürrəm ilə birlikdə Dekanda qalan Əbdürrəhim, Dehliyə qayıtdıqdan bir müddət sonra vəfat etdi. Dehlidə Əmir Xosrov-i Dəhləvinin şeyxi Nizaməddin Övliyanın türbəsi yanına dəfn edildi.

Səlcuq öncəsi Türk əmirlərindən Arslan əl-Bəsasiri

Səlcuq öncəsi Türk əmirlərindən Arslan əl-Bəsasiri

Əbü’l-Haris Arslan b. Abdillah əl-Müzəffər (ö. 451/1060)

Büveyhilərin son dövründə yaşamış bir Türk sərkərdəsi




İlk ağasının Fars bölgəsindəki Bəsa (Fəsa) şəhərindən olması nədəniylə Bəsasiri nisbəsini almışdır. Büveyhi əmirlərindən Bəhaüddövlənin azad edilmiş qulamı olmaqla bərabər əsas şöhrətini Cəlalüddövlə çağında qazanmışdır. Büveyhi Əmiri əl-Məlikü’r-Rahim Xosrov Firuz zamanındakı (1048 – 1055) qarışıqlıqlar əsnasında əmin-amanlığın və sakitliyin təmin edilməsində önəmli rol oynadı və Bağdad hərbi valiliyinə təyin edildi. Bəsasirinin güclü bir müxalifi olan Abbasi Vəziri Rəisürrüəsa İbnü’l-Müslimə, Toğrul Bəy ilə əlaqə saxlayırdı. Bəsasiri onu Toğrul Bəyə bağlı Oğuzlarla iş birliyi etməklə suçlayırdı. Vəzir isə Bəsasirini Fatimi Xəlifəsi Müstənsir-Billah adına fəaliyyətdə bulunmaqla ittiham edərək onu ordudakı Türklərin və Xəlifə əl-Qaim Biəmrillahın gözündən salmağa müvəffəq oldu. Bu sırada Xəlifə Qaim-Biəmrillahın dəvətini qəbul edən Toğrul Bəy, görünüşdə həcc fərzini yerinə yetirmək, əslində isə Suriya və Misirə hakim olan Fatimi Dövlətini aradan götürmək qayəsi ilə Bağdada gəldi (18 Dekabr 1055). Bəsasiri şəhərdən uzaqlaşıb Hillə Əmiri Dübeysin yanına sığınmaq məcburiyyətində qaldı; çox keçmədən də oradan ayrılaraq Rəhbəyə getdi və Fatimilərdən yardım istədi. Fatimi xəlifəsi ona Rəhbə valiliyini verərək hərbi yardım göndərdi. Bəsasiri bundan sonra Səlcuqlularla mübarizəyə girişdi və Məzyədilərdən Dübeys b. Əli ilə birlikdə hərəkətə keçərək Qutalmış və Mosul hakimi Qüreyşin başçılığındakı bir ordunu Sincarda məğlub etdi (9 Yanvar 1057). Daha sonra Mosulu da ələ keçirərək xütbəni Fatimi Xəlifəsi Müstənsir-Billah adına oxutdu. Toğrul Bəy buna qarşılıq verməkdə gecikmədi; 19 Yanvar 1057-də Bağdaddan ayrılaraq Mosul üzərinə yürüdü və şəhəri zəbt etdi (May 1057).

Marağa Atabəyi Ağsunqur əl-Əhmədili

Marağa Atabəyi Ağsunqur əl-Əhmədili

(ö. 527/1133)

Rəvvadi xanədanından olan və Azərbaycanda Marağa ilə çox güman digər bəzi yerləri idarə etmiş Səlcuqlulara bağlı İbrahim oğlu Əmir Əhmədilin məmlükü


Naxçıvan bölgəsində Oğuz-Türkmən tayfaları (1591)

Naxçıvan bölgəsində 1591-ci ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfalarımızın bir qismi:




Mirzə Ələkbər Sabir "Türk dili" deyib bu dilə

Mirzə Ələkbər Sabir "Türk dili" deyib bu dilə, "Azəri dili" ya da "Azərbaycan dili" deməyib.



Qarabağın Cavanşir eli

Qarabağın Cavanşir eli






Cəsurluğu ilə məşhur bir Oğuz-Türkmən eli idi. 1727-ci ilə aid qeydlərdə bəhsi keçən Cavanşir tayfası, Gəncə vilayətində pərakəndə olmuş oymaqlar halında yaşayırdı. Mərkəzi qəzaya bağlı Gəncəbasan və Şəmkirbasan nahiyələri, Xalxa ilə Bərdənin Dizaq, Keştək, Vərəndə, Bayat və Xaçın nahiyələrində qışlayan və İrəvan sərhədində yaylayan Cavanşir oymaqları vardı. Bunlardan Gəncəbasanda yaşayanlar, qəza yaylağında yaylayar və heyvandarlıqla məşuğl olarlardı. Şəmkirdə yaşayanlar da Şəmkir yaylaqlarında yaylayıb, Aranında qışlayardılar. Xalxada yaşayanlar, Dumaqlı kəndində qışlayar, Qazançıda yaylayardılar. Bərdədə yaşayanlar Sarı Məclisi ilə Şəmşir kəndlərini qışlaq olaraq qullanardılar. Cavanşirə bağlı oymaqlar bunlardır:

Bərkyaruq

Bərkyaruq

(ö. 498/1104)

Böyük Səlcuqlu hökmdarı (1092 – 1104)




Sultan Məlikşahın Zübeydə Xatun adlı xanımından 474-ü ilin Məhərrəmində (İyun 1081) İsfahanda doğulmuş oğludur. Sultan Məlikşah, çox sevdiyi vəliəhd Şahzadə Əhmədin ölümündən sonra vəziri Nizamülmülkün də tövsiyyəsi ilə həyatdakı oğullarının ən böyüyü olan Bərkyaruqu vəliəhd təyin etdi. Ancaq Məlikşahın ani ölümü üzərinə xanımı Tərkən Xatun beş yaşındakı oğlu Mahmudu sultan elan etdirmək üçün hər vasitəni mübah sayaraq hərəkətə keçdi. Bu məqsədlə sultanın ölümünü gizlədiyi kimi əmirlərə böyük pullar verərək oğlunu dəstəkləyəcəklərinə dair and içdirdi. Sonda Xəlifə Müqtədi-Biəmrillahı da təhdid edərək Mahmudu sultan elan etdirib adına xütbə oxutmağı bacardı (485/1092). Atası öldüyü əsnada İsfahanda olan Bərkyaruqu Əmir Kürbuğa vasitəsilə həbs etdirdi. Ancaq Məlikşahın ölüm xəbərini alan Nizamülmülkün adamları vəzirə aid cəbbəxanaları yağmalayaraq üsyan bayrağını açdılar və həbsxanada bulunan Bərkyaruqu qurtarıb on bir yaşında ikən eyni ildə sultan elan etdilər. Tərkən Xatunun İsfahana yaxınlaşması üzərinə də onunla birlikdə Reyə doğru yola çıxdılar. Tərkən Xatun ilə Bərkyaruq arasında Borucerd şəhəri yaxınlarında meydana gələn savaşda Tərkən Xatun ağır bir yenilgiyə uğrayaraq İsfahana çəkildi (16 Zilhiccə 485/17 Yanvar 1093). Şəhəri bir sürə mühasirə edən Bərkyaruq Tərkən Xatundan 500,000 dinar alaraq mühasirəni qaldırıb Həmədana getdi. Edilən anlaşmaya görə Tərkən Xatun ilə Mahmud İsfahan və Farsa hakim olacaq, digər şəhərlər Bərkyaruqa tərk ediləcəkdi.

Oğuz Deyimləri

OĞUZ DEYİMLƏRİ


Abdulla Şaiq "Türk oğlu" deyib!

Abdulla Şaiq "Türk oğlu" deyib, "Azəri oğlu" ya da "Azərbaycanlı oğlu" deməyib:





Lay-lay mələkim, sevdiciyim, yavrucuğum, yat!
Bir də ələ düşməz bu çocuqluq dəmi, heyhat!

TÜRK OĞLUSAN, əcdadın ulu, şanlı, sərəfraz,
İştə vətənindir, a quzum, şanlı bu Qafqaz.



Abdulla Şaiqin (1881 — 1959) bu ilk mətbu şeiri uşaqlar üçün yazılmışdır. "Ananın öz oğluna lay-lay deməsi" başlıqlı bu şeirdə Ana öz övladına onun ulu və şöhrətli soykökə, gözəl və zəngin, əsrarəngiz təbiətli vətənə bağlı olduğunu başa salır.

1 Eylül 2014 Pazartesi

Gəncədən Mərvə 177 illik macəranın son səhifəsi ― Bayram Əli Xan Qacar

Gəncədən Mərvə 177 illik macəranın son səhifəsi ― Bayram Əli Xan Qacar





Bayram Əli Xan (? – 1786), Mərv əmiri (1782 – 1786). Atası, I Abbasdan bəri Mərvdə hökm sürmüş Qacar ailəsinin İzzəddinlü qolundan idi; anası Salır Türkmən qəbiləsinə mənsub idi. Özünün də, Türkmənlər arasında tayı-bərabəri olmayan şücaət sahibi bir döyüşçü olaraq, şöhrət qazanmış olduğu söylənir. Buxaralı Murad-Biyə (Şah Məsum) qarşı bir savaşda, qorxusuzca atılqanlığı üzündən, pusquya düşmüş və döyüşərək ölmüşdür; başı Buxaraya gətirilmiş və siyasət meydanında nümayiş etdirilmişdir. İkinci oğlu Məhəmməd Kərim Mərvdə onun xələfi oldu. Özünü elmə həsr etmiş və zamanın Əflatunu (Əflatun-i vaqt) şöhrətini qazanmış olan böyük oğlu Məhəmməd Hüseyin, Məşhəddə qaldı.

Yeddi Oymaq

Yeddi Oymaq





«Daha bir tayfalar qrupu, Yeddi-Oymaq birliyi, ortaq mənşə ənənəsinə malikdir. Hal-hazırda Muğanda kəndli olan, Bəydili başçısının mənə dediyinə görə, bir vaxtlar buralarda [adından da göründüyü kimi] yeddi tirədən ibarət Yeddi-Oymaq tayfası varmış, o, onları belə sadaladı: Bəydili, Homunlu, Eyvatlı, Hacı-Xocalı, Qaballı, İnallı, Arablı; bunların hamısı indi Şahsevən tayfalarıdır, hərçənd o, bunların mənşəi haqqında heç nə bilmirdi. Bir sıra 19-cu yüzil qaynaqları Bəydililəri Azərbaycanın quzey-doğusunda Şahsevənlərlə birlikdə ancaq ayrıca qeyd edər ikən, bu adın digər qruplarına əskidən bəri İranın bir çox yerində rast gəlinir. İlkin Oğuz-Türkman boylarından biri Bəydili olmuşdur ki, bunlar da 14-cü yüzildə Suriya və Anadoluya köçmüşlər və buralarda onların bir çox hissəsi hələ də qalmışdır. Bir qolu daha sonra, Qızılbaş Şamlu tayfasının tərkib hissəsi kimi İrana gəlmiş və bir çox önəmli Səfəvi idarəçisi ilə təmin etmişlər, özəlliklə də I Şah Abbas dönəmində. "Tarixi-aləm arayi-Abbasi"də çoxsaylı Bəydili şəxsiyyətlərinə istinadlar içində biz, Şamlu əsilzadələrindən birinin, Kərkükdə Tavuqda yaşamış və öz tərəfdarları ilə birlikdə, Şah Abbasın Bağdada birinci yürüşündə [1623] Şahsevən olmuş, özünü Şaha təqdim etmiş, Sultan rütbəsini almış və Azərbaycan torpaqlarında bir sıra vəzifələr icra etmiş Gündoğmş Sultan Bəydili olduğunu öyrənirik.»

Dəyişən nədir?

Dəyişən nədir? 





«Qafqaz Tatarları özlərini Çingiz Xan və Əmir Teymur ordalarının törəmələri sayırlar; onlar daim bu ordaların əzəmətli qüdrətini və onlara tabe olmuş nəhəng əraziləri xatırlayırlar.»