Qarslı Qarapapaq xanım və kişi milli geyimdə (1912-1913-cü illər)
16 Eylül 2014 Salı
14 Eylül 2014 Pazar
Hacı Əlililər
Hacı Əlililər
Hacı
Əlili, İran Azərbaycanının Türk tayfasıdır. Onun başlıca qolu Vərziqan və Əhərin
quzeyində, Qaracadağda (Arazbaran) yaşayır; digər bir qolu Marağa yaxınlığında
yurd salıb. 1960-da, hər iki qol hələ
köçəri idi. Qaracadağ Hacı Əlililərinin yaylaqları Dizmar və Üzümdil
mahallarında (dehistan) idi; onların qışlaqları Keyvan və Gərmədüz mahallarında
idi. Marağa Hacı Əlililərinin yaylaqları Səhənd dağında idi; qışlaqları Urmiya
gölünün gündoğu yaxasında, Gögandan (Azərşəhrin quzeybatısı) Cığatı (Zərrinərud)
çayının deltasına qədər idi. Qaracadağ Hacı Əlililərinin tirələri bunlardır:
Qaraxanlı, Tərəkəmə, Yağbastılı, Müqəddəm, Özbək Müqəddəm, Gəncəli, Qarabağlı,
Çarıxlı, Mədədli, Pir Əlili, Zeynbəyli, Kəngərli və Qaradağlı. Marağa Hacı
Əlililərinin tirələri bunlardır: İnallı, Zərgər, Yağbastılı və Duşmallı. Ledi
Şeylə əsasən, Hacı Əlililər 1849-cu ildə 800 ailədən ibarət idi.
13 Eylül 2014 Cumartesi
İranda köçəri Türk tayfalarının siyahısı (1856)
İranda köçəri Türk tayfalarının siyahısı (1856)
Qasımlı, Ərəşli ― Azərbaycan, Xuzistan, Kirman, Xorasan və Mazandaran. Özəyi Urmiyadadır ― 90,000 nəfər.
2) Qacar:
Qavallu, Dəvəli, Xiyaqlı, Dabanlı, Suçanlı, Kerli, İzzəddinli ― Astarabad, Mazandaran, Xorasanda Mərv və b. ― 50,000 nəfər.
3) Müqəddəm ― Azərbaycanda Marağa ― 8,000 nəfər.
Gəncə bölgəsi Oğuz-Türkmən ulusları (1593)
Gəncə bölgəsi Oğuz-Türkmən ulusları (1593)
Gəncə bölgəsində 1593-cü ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Türkmən ulusları və onların tayfa tərkibi:
1) Taife-i ulusât-i Yigirmidörtlü an sâkinân-i qəzâ-i Bərdə və qayrihu an havâss-i hümâyûn ― Yasavullu, Pəyrə Mahmudlu, Alişarlu, Tubilü, Sarı Hacılu, Tüllü, Bəxtiyarlu, Dədəxəlillü, Toxacılu, Gökçəkli, Zənd, Varvan, Dərəbəglü, Kürəhmədlü, Seydi Zənk, Alpavud, Yürəki, Baxşayışlu.
Quzey Azərbaycanda Bayatlar (1727)
Quzey Azərbaycanda Bayatlar (1727)
Bayat, İran, İraq və Türkiyə coğrafiyalarına yayılmış, Çingiz Xan çağında Azərbaycana köç etmiş Oğuz boylarından biriydi. Bir bölümü də Anadolu və Suriyaya keçmişdi. Teymur, bir qisim Bayat oymaqlarını Şamdan qaldıraraq, öncə Diyarbəkirə, oradan da Azərbaycana gətirib yerləşdirdi. 16-cı yüzildə Ağqoyunlu siyasəti və ardından Səfəvi dövlətinin quruluşu üstünə quzey Suriyadan köç edən bəzi Bayat oymaqları da Azərbaycana köç etdilər. Səfəvi şahları da, onları Mazandaran, Tehran və Xorasana köç etdirib, buralarda məskun etdilər. Bayatlar Azərbaycanda Gəncə, Bərdə, Quba, Şamaxı, Qarabağ və Maku çevrəsində yaşayırdılar. Maku xanlarının bir qismi bu Bayatlardan idi. 1593-də Xaçın qəzasının Çelaberd nahiyəsində yaşayan bir bölük Şam Bayadı bulunmaqdaydı. 1727-də də Bərdənin bu boydan adını almış nahiyəsi və bir obası ilə Ağcabədi obasında oturaq həyat sürürdülər. Anadolu Bayatlarının iki önəmli təşəkkülü olan Reyhanlu və Quzugüdənlü oymaqları da Azərbaycanda yaşamaqdaydı.
12 Eylül 2014 Cuma
Padarlar
Padarlar
Padarlar Səfəvilər tərəfindən İrandan köçürülmüşlər və Ləzgiləri itaətə gətirmək üçün onlara yaxın bölgələrdə yerləşdirilmişlər. Padarları Ləzgilər «kürə» adlandırmışlar və onlar tədricən bütün ölkəyə yayılmış və hal-hazırda aşağıdakı obalarda yaşayırlar:
10 Eylül 2014 Çarşamba
«Erməni Vilayəti»ndə köçəri Türk oymaqları və onların sayı (1829-1832)
«Erməni Vilayəti»ndə köçəri Türk oymaqları və onların sayı (1829-1832)
Rusiyanın Qafqaz canişini Qraf İ. F. Paskeviçin göstərişi ilə 1829—1832-ci illərdə yeni fəth edilmiş Naxçıvan və İrəvan xanlıqlarının coğrafi araşdırması ilə məşğul olmuş tarixçi və etnoqraf alim İvan Şopen bu ərazidə yaşayan köçəri Türk tayfaları ilə bağlı məlumat vermişdir. İvan Şopenin qeyd etdiyi həmin köçəri tayfalarımızın siyahısı:
7 Eylül 2014 Pazar
Cavad Qəzasında Şahsevən obaları, 1870-ci il
Cavad Qəzasında Şahsevən obaları, 1870-ci il:
Obanın adı — Yurdu — Ailə sayı
1) Xırda-Pay: Muğan Çölünün quzeyində Araz boyunca;
2) Xəlfəli: Muğan Çölünün quzeyində Araz boyunca;
3) Muğanlı: Muğan Çölünün quzeyində Araz boyunca;
Toplam üçü birlikdə — 500 ailə;
4) Poladlı: Araz Çayından Çeyil-Çala dərəsinə gedən axarda, Kalağaylı kəndindən aşağıda — 300 ailə;
Yağısıyan
Yağısıyan
(ö. 491/1098)
Böyük Səlcuqlu Sultanı Məlikşahın öndə gələn sərkərdələrindən
İslam qaynaqlarında Yâğısiyân, Yağısiyân, Batı qaynaqlarında Ağsiyan, Ağusian, Ansian şəklində keçir. Yağısıyan b. Məhəmməd b. Alp ilk dəfə Sultan Məlikşah çağında fərqlənmişdir. Anadolu fatehi I Süleyman Şahın Antakyanı fəthindən (477/1084) sonra Hələb hakimiyyəti üçün Suriya Səlcuqlu Məliki Tutuş ilə etdiyi savaşda həyatını itirməsi üzərinə Məlikşah, bölgəni birbaşa özünə bağlamaq üçün İsfahandan şəxsən Quzey Suriyaya səfərə çıxdığı vaxt Yağısıyan da yanında idi. Hicri Ramazan 479-cu ildə (Dekabr 1086) öncə Hələbi, ardınca Antakyanı təslim alan Məlikşah, Yağısıyanı buraya vali təyin etdi. Yağısıyan daha sonra Fatimilərə qarşı düzənlənən hərəkata qatıldı. Hicri 482-də (1089) Fələstin və Suriyanı geri almaq üçün hərəkətə keçən Fatimilər Sur, Sayda, Beyrut, Əkka kimi sahil şəhərlərini zəbt edərək Dəməşqə uğursuz bir mühasirə girişimində bulundular. Sultan Məlikşahın əmri ilə Hələb Valisi Ağsunqur və Urfa Valisi Bozanla yanaşı Yağısıyan da qüvvələri ilə Tutuşun əmrinə keçdi və onunla bərabər Suriya hərəkatına qatıldı. Ancaq Humus və Ərka Qalasının fəthinin ardınca Trablusşam mühasirəsi əsnasında Tutuş ilə Səlcuqlu sərkərdələri arasında anlaşmazlıq çıxdıqda Fatimilərə qarşı bu mücadilə sürdürülə bilmədi (484/1091).
Gəncə bölgəsində Oğuz-Türkmən tayfalarımız (1593)
Gəncə bölgəsində 1593-cü ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfalarımız
Ahıstabad nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Canpaşalu, Qəzənfərlü, Qalalu, İbrahim Xəlifəlü, Kəsəmənli, Qılıçlu (Avşar), Molla Əhmədlü, Molla Hacılu, Pir Əhmədlü, Peyrəlü, Pir Aslan Xəlifə.
Alpavud nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Eyyublu.
Arasbar nahiyəsi; Bu nahiyədə yaşayan Türkmən tayfaları: Qaradağlı Dizaq, Arab-i kiçik, Vəliyüddinlü.
Oğuz qövmü...
«Oğuz qövmünün köçüb, çəkib yürümədiyi yol varmı, evini tutub oturmadığı yurd varmı?»
___________________________________________________
Əbülqazi Bahadur Xan (1603 — 1663), "Şəcəre-i Tərakimə" (Türkmənlərin Şəcərəsi)
Şabranda Padar Türkləri, 1638-ci il
Adam Oleariusun qeydlərində Şabranda Padar Türkləri, 1638-ci il
Yazıçıoğlu Əlinin Səlcuq-nâməsində Oğuz Boyları və Damğaları (1436)
Yazıçıoğlu Əlinin 1436-cı ildə qələmə aldığı "Təvârix-i Âl-i Səlcuq" (Səlcuq-nâmə) adlı əsərində Oğuz Boyları və Damğaları:
Qara-Qoyunlu ulusunun oymaqları
Qara-Qoyunlu ulusunun oymaqları
Qara-Qoyunlu ulusunu ətrafında toplayaraq onun özəyini təşkil edən Qara-Qoyunlu oymağı, Türk etnologiyasında çox dəfə göründüyü kimi, idarəçi bir rol oynamaq surəti ilə qəbiləvi mahiyyətini itirmişdir. 15-ci və 16-cı yüzillərdə Anadolunun müxtəlif yerlərindəki Qara-Qoyunlu və Qaraca-Qoyunlu kimi adlar daşıyan oymaqların, bu oymaq ilə əqrəba olduqlarına dair dəlillərə sahib olmadığımız kimi, Gündoğu Anadolu və Azərbaycanda bəzi qalıqları zamanımızadək gələn tayfalar ilə bu tarixi oymaq arasında daha çox siyasi bir münasibətin varlığına işarə edə bilər.
Əbdürrəhim Xan Baharlu-Türkman
Əbdürrəhim Xan Baharlu-Türkman
Xan-i Xanan Mirzə Əbdürrəhim Xan (ö. 1627)
Baburlular çağında alim və şairlərin qoruyucusu olaraq şöhrət qazanmış dövlət adamı və sərkərdə
1556-cı ildə Lahorda doğulmuşdur. Qaraqoyunluların önəmli oymaqlarından Baharlu Türkmənlərinə mənsubdur. Atası Bayram Xan, Xan Baba ləqəbi ilə ünlü idi. Bayram Xan, Qucaratın Patan şəhərində bir Əfqan tərəfindən öldürüldükdə, 1562-də Cəlaləddin Əkbərin sarayına aparıldı və orada yetişdi. Cəlaləddin Əkbərin himayəsində uzun sürə Qucaratda bulunan Əbdürrəhim, Səmal Meydan Savaşında başçılığı altındakı Baburlu mərkəz qüvvələri ilə asi Bayqara Mirzəni məğlub etdi. 1576-da Vəzir Xan Herəvinin nəzarətində “mir-i ərzlik”lə Qucarat valiliyinə təyin edildi. Bir sürə Şahzadə Səlimin atalığını etdi; bu arada Qucarat Sultanı III Müzəffərin yola gətirilməsində səyləri göründü. Sarkiç və Nadot zəfərlərindən sonra da atası kimi “xan-i xanan”lığa yüksəldildi. 1588-də Kanpur, 1591-də Multan valiliklərində bulundu və Sindin Arğunlu hakimi Canıbəg məsələsinin həll edilməsində önəmli rol oynadı. Nurəddin Cahangir çağında (1605 – 1627) Şahzadə Xürrəm ilə birlikdə Dekanda qalan Əbdürrəhim, Dehliyə qayıtdıqdan bir müddət sonra vəfat etdi. Dehlidə Əmir Xosrov-i Dəhləvinin şeyxi Nizaməddin Övliyanın türbəsi yanına dəfn edildi.
Səlcuq öncəsi Türk əmirlərindən Arslan əl-Bəsasiri
Səlcuq öncəsi Türk əmirlərindən Arslan əl-Bəsasiri
Əbü’l-Haris Arslan b. Abdillah əl-Müzəffər (ö. 451/1060)
Büveyhilərin son dövründə yaşamış bir Türk sərkərdəsi
İlk ağasının Fars bölgəsindəki Bəsa (Fəsa) şəhərindən olması nədəniylə Bəsasiri nisbəsini almışdır. Büveyhi əmirlərindən Bəhaüddövlənin azad edilmiş qulamı olmaqla bərabər əsas şöhrətini Cəlalüddövlə çağında qazanmışdır. Büveyhi Əmiri əl-Məlikü’r-Rahim Xosrov Firuz zamanındakı (1048 – 1055) qarışıqlıqlar əsnasında əmin-amanlığın və sakitliyin təmin edilməsində önəmli rol oynadı və Bağdad hərbi valiliyinə təyin edildi. Bəsasirinin güclü bir müxalifi olan Abbasi Vəziri Rəisürrüəsa İbnü’l-Müslimə, Toğrul Bəy ilə əlaqə saxlayırdı. Bəsasiri onu Toğrul Bəyə bağlı Oğuzlarla iş birliyi etməklə suçlayırdı. Vəzir isə Bəsasirini Fatimi Xəlifəsi Müstənsir-Billah adına fəaliyyətdə bulunmaqla ittiham edərək onu ordudakı Türklərin və Xəlifə əl-Qaim Biəmrillahın gözündən salmağa müvəffəq oldu. Bu sırada Xəlifə Qaim-Biəmrillahın dəvətini qəbul edən Toğrul Bəy, görünüşdə həcc fərzini yerinə yetirmək, əslində isə Suriya və Misirə hakim olan Fatimi Dövlətini aradan götürmək qayəsi ilə Bağdada gəldi (18 Dekabr 1055). Bəsasiri şəhərdən uzaqlaşıb Hillə Əmiri Dübeysin yanına sığınmaq məcburiyyətində qaldı; çox keçmədən də oradan ayrılaraq Rəhbəyə getdi və Fatimilərdən yardım istədi. Fatimi xəlifəsi ona Rəhbə valiliyini verərək hərbi yardım göndərdi. Bəsasiri bundan sonra Səlcuqlularla mübarizəyə girişdi və Məzyədilərdən Dübeys b. Əli ilə birlikdə hərəkətə keçərək Qutalmış və Mosul hakimi Qüreyşin başçılığındakı bir ordunu Sincarda məğlub etdi (9 Yanvar 1057). Daha sonra Mosulu da ələ keçirərək xütbəni Fatimi Xəlifəsi Müstənsir-Billah adına oxutdu. Toğrul Bəy buna qarşılıq verməkdə gecikmədi; 19 Yanvar 1057-də Bağdaddan ayrılaraq Mosul üzərinə yürüdü və şəhəri zəbt etdi (May 1057).
Marağa Atabəyi Ağsunqur əl-Əhmədili
Marağa Atabəyi Ağsunqur əl-Əhmədili
(ö. 527/1133)
Rəvvadi xanədanından olan və Azərbaycanda Marağa ilə çox güman digər bəzi yerləri idarə etmiş Səlcuqlulara bağlı İbrahim oğlu Əmir Əhmədilin məmlükü
Naxçıvan bölgəsində Oğuz-Türkmən tayfaları (1591)
Naxçıvan bölgəsində 1591-ci ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfalarımızın bir qismi:
Qarabağın Cavanşir eli
Qarabağın Cavanşir eli
Bərkyaruq
Bərkyaruq
(ö. 498/1104)
Böyük Səlcuqlu hökmdarı (1092 – 1104)
Sultan Məlikşahın Zübeydə Xatun adlı xanımından 474-ü ilin Məhərrəmində (İyun 1081) İsfahanda doğulmuş oğludur. Sultan Məlikşah, çox sevdiyi vəliəhd Şahzadə Əhmədin ölümündən sonra vəziri Nizamülmülkün də tövsiyyəsi ilə həyatdakı oğullarının ən böyüyü olan Bərkyaruqu vəliəhd təyin etdi. Ancaq Məlikşahın ani ölümü üzərinə xanımı Tərkən Xatun beş yaşındakı oğlu Mahmudu sultan elan etdirmək üçün hər vasitəni mübah sayaraq hərəkətə keçdi. Bu məqsədlə sultanın ölümünü gizlədiyi kimi əmirlərə böyük pullar verərək oğlunu dəstəkləyəcəklərinə dair and içdirdi. Sonda Xəlifə Müqtədi-Biəmrillahı da təhdid edərək Mahmudu sultan elan etdirib adına xütbə oxutmağı bacardı (485/1092). Atası öldüyü əsnada İsfahanda olan Bərkyaruqu Əmir Kürbuğa vasitəsilə həbs etdirdi. Ancaq Məlikşahın ölüm xəbərini alan Nizamülmülkün adamları vəzirə aid cəbbəxanaları yağmalayaraq üsyan bayrağını açdılar və həbsxanada bulunan Bərkyaruqu qurtarıb on bir yaşında ikən eyni ildə sultan elan etdilər. Tərkən Xatunun İsfahana yaxınlaşması üzərinə də onunla birlikdə Reyə doğru yola çıxdılar. Tərkən Xatun ilə Bərkyaruq arasında Borucerd şəhəri yaxınlarında meydana gələn savaşda Tərkən Xatun ağır bir yenilgiyə uğrayaraq İsfahana çəkildi (16 Zilhiccə 485/17 Yanvar 1093). Şəhəri bir sürə mühasirə edən Bərkyaruq Tərkən Xatundan 500,000 dinar alaraq mühasirəni qaldırıb Həmədana getdi. Edilən anlaşmaya görə Tərkən Xatun ilə Mahmud İsfahan və Farsa hakim olacaq, digər şəhərlər Bərkyaruqa tərk ediləcəkdi.
Abdulla Şaiq "Türk oğlu" deyib!
Abdulla Şaiq "Türk oğlu" deyib, "Azəri oğlu" ya da "Azərbaycanlı oğlu" deməyib:
Lay-lay mələkim, sevdiciyim, yavrucuğum, yat!
Bir də ələ düşməz bu çocuqluq dəmi, heyhat!
TÜRK OĞLUSAN, əcdadın ulu, şanlı, sərəfraz,
İştə vətənindir, a quzum, şanlı bu Qafqaz.
Abdulla Şaiqin (1881 — 1959) bu ilk mətbu şeiri uşaqlar üçün yazılmışdır. "Ananın öz oğluna lay-lay deməsi" başlıqlı bu şeirdə Ana öz övladına onun ulu və şöhrətli soykökə, gözəl və zəngin, əsrarəngiz təbiətli vətənə bağlı olduğunu başa salır.
1 Eylül 2014 Pazartesi
Gəncədən Mərvə 177 illik macəranın son səhifəsi ― Bayram Əli Xan Qacar
Gəncədən Mərvə 177 illik macəranın son səhifəsi ― Bayram Əli Xan Qacar
Bayram Əli Xan (? – 1786), Mərv əmiri (1782 – 1786). Atası, I Abbasdan bəri Mərvdə hökm sürmüş Qacar ailəsinin İzzəddinlü qolundan idi; anası Salır Türkmən qəbiləsinə mənsub idi. Özünün də, Türkmənlər arasında tayı-bərabəri olmayan şücaət sahibi bir döyüşçü olaraq, şöhrət qazanmış olduğu söylənir. Buxaralı Murad-Biyə (Şah Məsum) qarşı bir savaşda, qorxusuzca atılqanlığı üzündən, pusquya düşmüş və döyüşərək ölmüşdür; başı Buxaraya gətirilmiş və siyasət meydanında nümayiş etdirilmişdir. İkinci oğlu Məhəmməd Kərim Mərvdə onun xələfi oldu. Özünü elmə həsr etmiş və zamanın Əflatunu (Əflatun-i vaqt) şöhrətini qazanmış olan böyük oğlu Məhəmməd Hüseyin, Məşhəddə qaldı.
Yeddi Oymaq
Yeddi Oymaq
Dəyişən nədir?
Dəyişən nədir?
«Qafqaz Tatarları özlərini Çingiz Xan və Əmir Teymur ordalarının törəmələri sayırlar; onlar daim bu ordaların əzəmətli qüdrətini və onlara tabe olmuş nəhəng əraziləri xatırlayırlar.»
30 Ağustos 2014 Cumartesi
Tarixi Oğuz-Türkmən yurdu Muğanımız
Tarixi Oğuz-Türkmən yurdu Muğanımız
Mukan ― çoxlu oba və otlağın olduğu bir vilayətdir. O, burada öz sürülərini otladan Türkmənlərlə məskundur və Türkmənlər burada əhalinin çoxluğunu təşkil edirlər. Mukan Azərbaycanda yerləşir.»
___________________________________________________
Yaqut əl-Həməvi (1179-1229), “Kitab mucam əl-buldan”
Avşar Xanədanı
Avşar Xanədanı
Xanədanın ilk hökmdarı Nadir Şah, Oğuz (Türkmən) elinin Avşar (Afşar) boyuna mənsub olduğu üçün bu xanədana İran qaynaqlarında Afşariyyə (Afşarlılar) deyilir. Türk elm aləmində isə eyni xanədan daha ziyadə Afşarlar olaraq tanınmaqdadır.
Qütbşahilər
Qütbşahilər
Bəhməni Dövlətinin yıxılması ilə (1527) ortaya çıxan beş müsəlman dövlətdən biridir. Mənşələrini Qaraqoyunlulara söykəməkdədirlər. Qaraqoyunlulara mənsub Baharlı tayfası öncə Həmədana, ardınca da Hindistana köç etmiş və burada Bəhməni Dövlətinin xidmətinə girmişdir. Tayfanın başçısı və eyni zamanda xanədanın qurucusu olan Sultan Qulu 1496-da Qütbülmülk ünvanını alaraq Günbatı Tilanqana valiliyinə təyin edildi. Bəhməni hökmdarları III Məhəmməd və Mahmud Şah ilə yaxşı münasibətdə olan Sultan Qulu, Hindistanın ən ünlü şəhərlərindən olan Qolkondaya sahib oldu (1496). Öncə Orissa və Karnatalı racalar tərəfindən idarə edilən Hindu üsyanını yatırdı. Ardınca Gündoğu Tilanqanaya vali təyin edilən Türk əsilli Qivamülmülkü aradan qaldıraraq bağımsızlığını elan etdi (1512).
Quzey Azərbaycanda Şahsevənlər (1921)
Quzey Azərbaycanda Şahsevənlər
İran Azərbaycanına Şahsevənlər Yunsur Paşa adlı bir nəfərin başçılığı ilə 3,000-dən çox alaçıq, yaxud ailə gəlmişdi. Yunsur Paşanın nəvələrindən Bəydəli Bəy və Qoca Bəydən bu tirələr törəmişlər: Bəydilli, Xocalı. Bəydillilərdən sonralar bir neçə tirə əmələ gəlmişdir ki, bunlardan da Azərbaycanda Bəydəli Bəyin oğlu Qara Qasım Bəydən törəyən yalnız bircə Qara Qasımlılar yaşayır.
23 Ağustos 2014 Cumartesi
Oğuz-Türkman yurdu Dəmirqapı Dərbənd
Oğuz-Türkman yurdu Dəmirqapı Dərbənd
«Dərbənd əhalisinin əvvəlki durumu barədə səhih bilgilər yoxdur və hətta onun, Dərbəndin Rusiya təbəəliyinə keçdiyi zaman nə qədərədək olması da bəlli deyil. Xəzər Dənizinin batı sahili boyunca 18-ci yüzilin ikinci yarısının ortalarında səyahət etmiş akademik Qmelinin fikrincə, o zaman Dərbənddə 4,000 ev, o cümlədən 100 Erməni [evi] vardı. Daha ağlabatanı, Bronevskinin, 1792-ci ildə bu şəhərin 2,200 evdən ibarət olması barədə məlumatıdır. Klaprotun (Tableau du Caucase), Dərbəndin ötən onillik içində 4,000 ailə tutması barədəki xəbəri Qmelinin şahidliyinə əsaslanır. Qamba Dərbəndin əhalisini 1824-cü ildə 7 və ya 8 min nəfər təxmin edir. 1832-ci ildə hazırlanmış kameral təsvirə görə, şəhərə əlavə edilmiş Sabnova kəndi və şəhər ətrafı ilə birlikdə, Dərbənddə, 1,795 evdə 5,139 nəfər kişi hesaba alınıb.
Türkman Yurdu
Türkman Yurdu
«Burada izah etməyi lüzumlu bilirəm ki, Loridən çıxandan etibarən biz yolüstü çoxlu köçəri Türkmənə rast gəlirdik ki, bunlar öz ailələri ilə sürəkli olaraq bir yerdən başqa yerə köçür, düşərgə olaraq otlaqlarla zəngin torpaqları seçir və bütün otlaqlar tükənənədək oralarda qalırlar.
22 Ağustos 2014 Cuma
Türkman dəbilqələri
Türkman dəbilqələri
Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi çağlarında ordumuzda istifadə edilmiş maskalı dəbilqələr. Bu tip dəbilqələr eynilə daha öncəki Türk ordularında — Bulqarlarda, Peçeneqlərdə, Qıpçaqlarda da olmuşdur. Bu da bizim orta çağlardakı ordumuzun öz ənənələri ilə birbaşa əski Türk ordu ənənələrinə bağlılığını və varisliyini göstərir.
İvan Şopen Ayrım Mahalı haqqında, 1829−1832-ci illər
İvan
Şopen Ayrım Mahalı haqqında, 1829−1832-ci illər
Ayrımlı;
Konya Sultanlığının dağılmasından sonra, burada hökm etmiş Tatarlar səpələndilər
və onların bir qismi Ərməniyyədə məskunlaşaraq burada Ayrumlu və ya Rumlu adını
aldılar.
21 Ağustos 2014 Perşembe
Hüləgü Xanın o ünlü məktubu !
Hüləgü
Xanın 1258-ci ildə Bağdadı aldıqdan sonra Hələb Əmiri Əyyubi əl-Məlikü’n-Nasirə
yazdığı o ünlü məktubu
«Məlik-ün
Nasir bilsin ki, Bağdad üzərinə yürüyüb Tanrının qılıncı ilə buranı aldıq və
oranın sahibini (yəni Xəlifəni) yanımıza çağıraraq ona iki sual verdik,
sorğularımıza qarşılıq verə bilmədi, bundan dolayı Quranınızda “Tanrı heç bir
qövmün əlindəki neməti, bu qövmün özü özünü pozmadıqca, almaz” deyildiyi kimi,
özünün etmiş olduğu işlər üzündən bizim qəzəbimizə tuş gəlmiş oldu.
20 Ağustos 2014 Çarşamba
Qaraqoyunlu Məhəmməd Bayram Xan Baharlu-Türkmən
Qaraqoyunlu Məhəmməd Bayram Xan Baharlu-Türkmən
Bayram Xan (? – 1561), Xan-Xanan
Seyf Əli Bəyin oğludur. Dördüncü və ya beşinci nəsildəki əcdadı Əli Şükr Türkaməndir. Baharlu tayfasına mənsub olub, Həmədan və digər yerlərdə böyük malikanələrə sahib idi. Oğlu və ya nəvəsi olan Şir Əli ― ki, Pir Əli adı ilə də ünlüdür ― Qaraqoyunlu xanədanına mənsub Cahan Şah Baraninin tabeliyində idi. Uzun Həsən, Qaraqoyunluları məğlub etdikdə, Əbu Səidin xidmətinə keçdi isə də, bunun da qətl edilməsi üzərinə (1469), oğlu Sultan Mahmud Mirzənin tabeliyinə keçdi; onun ilə birlikdə Hisar Şadmanda iqamət etdi və qızı Paşa Bəyimi Sultan Mahmud ilə evləndirdi.
Şirvandakı Oğuz-Türkmən boyları
Şirvandakı Oğuz-Türkmən boyları
«...Quba və Şirvanda Zəngənə, Xəlilli və Kəngərli; Şirvanda Qaramanlı, Təkəli, Şamlı və Çakırlı; Qubada Osallı, Ərşəli, Ustacalı və Qacar tayfaları; Quba, Dərbənd və Şirvanda Bayat qəbiləsi; Şəkidə, Şirvanda Qaraqoyunlu, Xələc və sair bir çox tayfalar vardır.
Bunlar İran və Rum ölkələrində sakin olan Tərəkəmə və sair elat kimi, Türk tayfalarındandır.»
_____________________________________________________
Abbasqulu Ağa Bakıxanov, "Gülüstani-İrəm".
Tarixdə Türk qadını
Tarixdə Türk qadını
«Bu dəqiq bir gerçəkdir ki, Türk və Tatar ulusları yanında qadınlar çox etibar görür. Onlar bir buyruq yazdıqlarında:
"Sultanın və xatunlarının əmri ilə" ifadəsini mütləq qoyarlar! Qadınların hər biri bəzi əyalətlərin idarəsinə ortaqdır; böyük gəlirlərin sahibidir. Onlar hökmdarlarla yanaşı səfərə çıxarlar, lakin öz başlarına ayrı bir qərargahda gözləyərlər.»
_____________________________________________________
İbn Battuta (1304 — 1369), "Tuhfətü'n-Nuzzar fi Qəraibi'l-Əmsar və Əcaibi'l-Əsfar"
19 Ağustos 2014 Salı
Güney Azərbaycan Ayrımları
Güney Azərbaycan Ayrımları
Ayrımlı
(Farsca daha çox Ayromlu), Qərbi Azərbaycanın Türk tayfasıdır. İranın İrəvan və
Naxçıvan vilayətlərini itirdiyi 1243/1828-ci il Türkmənçay Müqaviləsindən
sonra, Türk tayfalarının döyüş bacarığını dəyərləndirən vəliəhd Abbas Mirzə,
güzəştə gedilmiş torpaqların sakini olan bir sıra Türk tayfalarını, onlara mükafat
kimi münbit torpaqlar və gur otlaqlar təklif edərək, Araz çayının güneyində
yurd salmağa həvəsləndirdi. Onlardan biri də, Gümrü (sonradan Aleksandropol, və
daha sonra da Leninakan) yaxınlığındakı irsi mülklərindən, Avacığa, Makının
günbatısındakı mahala köçmüş Ayrımlı tayfası idi.
Çepnilər
Çepnilər
I Şah İsmayıl dövrü (1501 – 1524)
Çepnilərin
24 Oğuz boyundan biri olduğu bəllidir. Çepnilər Anadolunun fəthi və məskunlaşmasında
çox önəmli rollar oynamış boylardan biridir. Çepnilərdən çoxsaylı bir
topluluğun əskidən bəri Şiə və ya Şiəliyə meylli olduğu görünür. XVI yüzildə
onlardan bir bölüyü Hələb Türkmənləri, önəmli bir dəstə də Sivas, Toqat və
Amasya bölgəsindəki Ulu Yörük arasında yaşadığı kimi, yenə bu boya mənsub çoxsaylı
bir topluluq da Trabzon, Bayburt, Gümüşxana, Girəsun və Canik (Ordu və Samsun)
bölgəsində otururdu. Səfəvilər xidmətindəki Çepnilər də bu sayılan topluluq və
bölgələrdən idilər.
18 Ağustos 2014 Pazartesi
Müzəffərəddin Sunqur
Sunqur
Müzəffərəddin Sunqur b. Mövdud
(ö. 1161)
Salğurluların qurucusu və ilk
hökmdarı (1148 – 1161)
Orta
Asiyadan 1145-ci illərdə vaqe olan köçlər sırasında Əmir Mövdud idarəsində Fars
bölgəsinə gələn Salğurlular, bu dönəmdə İraq Səlcuqlularının Fars məliki olan Məlikşah
b. Mahmud ilə əmirlər arasında cərəyan edən olaylarda yer aldılar. Ailənin
başçısı Sunqur bu sırada Məlikşah b. Mahmuda atabəy təyin edildi. Məlikşah b.
Mahmud Atabəy Sunqurun qardaşını suçsuz yerə öldürdükdə, Sunqur üsyan edərək
Şirazda Salğurlu xanədanının (Fars Atabəyləri) təməllərini atdı (543/1148).
Sunqur, İraq Səlcuqluları arasındakı taxt qovğalarının sürdüyü dönəmdə Məlikşahın
Farsdan qaçarkən yanında apara bilmədiyi oğlu Məlik Mahmudu Nevbencanda həbs
etdi (Səfər 544/İyun 1149). Onun bu olaydan sonra taxta daha yaxın gördüyü
Şahzadə Məhəmməd b. Toğrulu dəstəklədiyi və onu məlik elan etdiyi
anlaşılmaqdadır.
17 Ağustos 2014 Pazar
Şəmsəddin-i İtâqi
Şəmsəddin-i
İtâqi
(شمس
الدين عتاقى)
(ö. 17-ci yüzilin ilk yarısı)
Batı dünyasından təsirlənən ilk
Osmanlı həkimlərindən biri
Əslən
Şirvanlıdır. Təşrihü’l-əbdan və Tərcüman-i Qibalə-i Fəyləsufan adlı əsərinin
müqəddiməsindən anlaşıldığına görə Quranı əzbərlədikdən sonra iyirmi ildən çox
bir müddət nəqli və əqli elmlər üzərində təhsil almış, tibb və əczaçılığa dair
təməl əsərləri oxumuşdur. 16-cı yüzilin sonlarında bölgədə meydana gələn
savaşlar və iç qarışıqlıqlar əsnasında malları yağmalanmış, ailə fərdlərindən
bir çoxunu itirmişdir. 1604-də Şirvan bölgəsi İrana tərk edildikdə otuz
yaşlarında ikən məmləkətindən ayrılmaq məcburiyyətində qalmış, IV Murad dönəmində
(1623 – 1640) İstanbula getmişdir. Tibb və təbiət elmləri oxuduğu halda kimsənin
ona dəyər vermədiyindən, bu nədənlə ömrünün boşa keçdiyindən şikayətlənən Şəmsəddin-i
İtaqi nəhayət dövrün öndə gələn şəxsiyyətlərindən İbrahim və Əli əfəndilər tərəfindən
Türkcə bir anatomiya (təşrih-i əbdan) kitabı yazması üçün təşviq edilmiş və sədrəzəm
Topal Rəcəb Paşanın hüzuruna çıxarılmış, Rəcəb Paşanın tövsiyyəsi ilə ona Hərameyn
rütbəsi verilmişdir. IV Murada ithaf etdiyi əsərində Rəcəb Paşadan təriflə bəhs
etdiyinə görə bu çalışmasını onun qısa sədrəzəmliyi zamanında (Rəcəb-Şəvval
1041/Fevral-May 1632) tamamlamış olmalıdır.
Abbas Mirzə Qovanlı-Qacar (1789-1833)
Abbas Mirzə Qovanlı-Qacar (1789-1833)
«...Fətəli şah Qacar taxt-taca varis kimi iki böyük oğlundan savayı, öz sevimlisi Abbas Mirzəni də seçmişdi. Cah-cəlal içində tərbiyə almış bu şahzadə buna rəğmən hər cürə təmtarağa düşmən idi və özünü daha sadə aparardı. Onun münasibəti sadəliyi və lütfkarlığı ilə seçilərdi. Başlıca əskik yönü həddən ziyadə hökmranlıqsevərliyi idi. Rusiyaya və Ruslara Abbas Mirzə barışmaz nifrət bəsləyirdi.
Abbas Mirzənin iqamətgahı ona həvalə edilmiş Azərbaycan vilayətinin baş şəhəri Təbriz idi. O, Fətəli şah Qacardan bir il öncə, daha dəqiqi 10 oktyabr 1833-cü ildə, Məşhəddə, Xorasan yürüşü zamanı vəfat etmişdi»
______________________________________________________
Adolf Berje, A.P. Yermolovun İrana səfirliyi//Ruskaya starina, № 6. 1877
Quzey Azərbaycan Ayrımları
Ayrumlar
Səlcuqlar bir sıra tayfalara bölünmüşlər və bunlardan
bir çoxları Monqol hücumu dövründə onlara boyun əymək istəməyib, Kiçik Asiyaya
çıxıb getmiş və oradan sonralar müxtəlif çağlarda Azərbaycana gəlmişdilər, bir
bölümü isə Monqollar çağında da Azərbaycanda qalmışdı. Səlcuq tayfaları indi də
Ayrum, Şamlı, Bəydilli, İnallı, Təklə, Qaramanlı, Əhmədli, Aydınlı, İmirli, Düxər
və b. adlarla ünlüdür.
16 Ağustos 2014 Cumartesi
Kartli Krallığının pərdəarxası sahibi Borçalı İsa Xan
Kartli
Krallığının pərdəarxası sahibi Borçalı İsa Xan
«Kral
öncədən kiminsə Datunanın ölümü barədə danışmasını yasaqladı. O, kraliça xanımı
öz çadırına gətirdi, ancaq o gün ağlaşmadan başqa bir şey söylənmədi. Kraliça xanım
öz çadırına getdi, kral isə, Loru-Pəmbək və Ağcaqalanın sahibi Borçalı İsa Xanı
dəvət edib onun məsləhətini soruşdu: “Kraliça xanım bizə vəsatətlə təşrif
buyurmuşdur və bizim borcumuz onu qəbul etməkdir. Əvvəla o, bizə qohumdur, bir
də ki, gürcü kralları ya da hakimləri çətinliyə düşəndə, vasitəçi kimi həmişə ya
öz analarını ya da xanımlarını göndərərdilər. Teymuraz Gürcüstanın bu adətini
yerinə yetirib. İndi biz nə etməliyik və siz mənə nə məsləhət görərdiniz?”.
12 Ağustos 2014 Salı
Oğuz axınları ərəfəsində Azərbaycanın sərhədləri
Oğuz
axınları ərəfəsində Azərbaycanın sərhədləri
«Arranın
sərhədləri Bab-ül-Əbvabdan (1) Tiflisədək (2) və [oradan] Araz çayı
yaxınlığındakı “Naxçıvan” (3) adı ilə tanınan yerədəkdir.
Kaydol:
Kayıtlar (Atom)